Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60206
az

Putin də Füzuliyə gəlir? - ŞƏRH

19:4528 Oktyabr, 2021
271
  • A


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsindən sonra iki dəfə Qarabağda oldu. 
 
Maraqlıdır, Türkiyədən sonra hansı dövlətin rəhbərinin təyyarəsi Füzuli hava limanına enəcək?

OXU24.COM bildirir ki, bununla bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu öz fikirlərini bölüşüb. O qeyd edib ki, Cənubi Qafqaz bölgəsində iki dövlətin – Türkiyə və Rusiyanın ağırlığı var:

"Rusiyanın xeyrinə olan amilləri nəzərə alsaq, Kreml sahibinin gələcəkdə Qarabağa səfəri aktuallaşa bilər. Putinin özü də iki dəfə Qarabağa səfər edən türkiyəli həmkarı Ərdoğandan geri qalmaq istəməz. Ancaq Putinin hazırkı şərtlər daxilində Qarabağa səfəri Azərbaycanın maraqlarına cavab vermir. Çünki, Putinin təyyarəsi Qarabağa endikdən sonra o, İlham Əliyevlə görüşüb fikir mübadiləsi aparacaq, "neytrallığını” qorumaq məqsədilə Xankəndiyə gedərək erməni separatçılarının lideri ilə də görüşəcək”.

Ekspert bildirib ki, belə bir görüşü Azərbaycan heç bir halda qəbul edə bilməz:

"Putinin Şuşayla yanaşı, Xankəndiyə gəlişinin Azərbaycana zərəri, faydasından çoxdur. Ona görə də Azərbaycan Qarabağın tamamına nəzarət etmədən və bölgədəki erməniləri tərksilah etmədən Kreml sahibinin Qarabağa gəlişinə ehtiyac yoxdur. Putinin özü də anlayır ki, hazırkı şərtlər daxilində Qarabağa gəlib Şuşayla yanaşı, Xankəndinə getsə, bu Azərbaycan-Rusiya münasibətlərində gərginliyə səbəb olacaq. Onun yalnız Şuşaya vəya Füzuli, Zəngilanı ziyarəti isə erməniləri narazı salacaq. Putin erməniləri də narazı salmaq istəməz”.

Politoloqun sözlərinə görə, Rusiya prezidentinin Qarabağa səfərindən əvvəl Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalı, sərhədlər müəyyənləşməli və Zəngəzur dəhlizi açılmalıdır: 

"Buna baxmayaraq, başqa dövlətlərin rəsmilərinin Füzuli hava limanı üzərindən Qarabağa gəlişləri mümkündür. Bu sırada Azərbaycana dost dövlətlərin – Pakistan, Ukrayna, Gürcüstan, Macarıstanın rəsmi nümayəndə heyətlərinin Qarabağla tanış olmaları mümkündür. Şuşa tam bərpa olunduqdan sonra, bu şəhərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısını da keçirmək mümkündür”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbtidai sinif müəllimlərinin NƏZƏRİNƏ: ixtisas sualları açıqlandı
Ürəyi qoruyur, ağrıları azaldır - Qızılgülün faydaları
Elgiz müğənnini BİABIR ETDİ: “Türklər ona baxıb dedilər ki, başı işləmir”

Marsda donmuş su aşkar edildi-FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Messiyə Muğam həsr olundu (VİDEO)
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Narkoloji Mərkəzin həbsdə olan sabiq direktorundan XƏBƏR VAR