Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54485
az

Əlbəyaxa döyüşdə onlarla erməni hərbçisini məhv edib - VİDEO

10:2926 May, 2021
1645
HƏRBİ
  • A

Orduya gedəndə "Qarabağı azad edəcəyik" demişdi, 20 gün gecə-gündüz mənfur düşmənə qarşı igidliklə döyüşdü və Qarabağ azad oldu.

Oxu24.com xezerxeber.az-a istinadən bildirir ki, söhbət cəlilabadlı igid kəşfiyyatçı, xüsusi təyinatlıların giziri Mədət Xankişiyevdən gedir.

Orta məktəbi bitirdikdən sonra Mədət ordu sıralarına yollanıb. Cəsarəti və cüssəli duruşu ilə ilk baxışdan diqqəti çəkən Mədət kəşfiyyat taboruna cəlb edilib.

Hərbi xidmətini başa vuran Mədət Xankişiyev Vətənə xidmətini orduda qalaraq kəşfiyyatçı kimi davam etdirib. Sonra daha peşəkar hərbçi olmaq üçün kəşfiyyat kurslarına qatılıb. Vətən müharibəsində Xüsusi Təynatlı Qüvvələrin kəşfiyyat taborunda gizir kimi iştirak edib.

Mədət Xankişiyev Vətən müharibəsinə 27 sentyabrda Kəlbəcər istiqamətindən başlayıb. Cəbrayıl, Füzuli və Xocəvənd istiqamətində gedən şiddətli döyüşlərdə şücaətlə döyüşüb. Düşmənin bir neçə canlı qüvvəsini məhv edən qəhrəman gizir oktyabrın 15-də Xocəvəndin Tuğ kəndi istiqamətində yerləşən yüksəklik uğrunda gedən əlbəyaxa döyüşdə bir düşmən zabitini və onlarla əsgərini məhv edib. Özü isə başından aldığı güllə yarasından şəhid olub.

Mədət Xankişiyev ölümündən sonra "Azərbaycan bayrağı" və "Rəşadət" ordenləri, həmçinin "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür
Sülhməramlılar noyabrın 1-də Qarabağdan çıxacaq - İddia

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş