Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96855
az

Bu gün Şükür Həmidovun şəhid olduğu gündür

15:2522 Oktyabr, 2023
1061
HƏRBİ
  • A

Bu gün Aprel döyüşləri vaxtı Milli Qəhrəman adı alan, Vətən müharibəsində şəhid olan Şükür Həmidovun şəhadətə qovuşmasından 3 il ötür.

Şükür Həmidov 1975-ci ildə Qubadlı rayonun Armudluq kəndində anadan olub.

Polkovnik elə doğulduğu torpaq uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb.

O, 1993-cü ildə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olub. Milli Qəhrəman 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirib.

2006-cı ilin avqustunda isə Ş. Həmidov ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub və 2008-ci ildə təhsilini uğurla başa vurub.

Polkovnik 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Göstərdiyi şücaətə görə ona müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib. Aprel döyüşləri vaxtı göstərdiyi igidliyinə görə, o, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Şəhid polkovnik ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və “Zəfər” ordeni ilə təltif olunub.


 

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür
Sülhməramlılar noyabrın 1-də Qarabağdan çıxacaq - İddia

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü