Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46042
az

Xərçəng xəstəliyinin yaranmasının qarşısını alan içki açıqlandı

22:3307 Yanvar, 2021
1396
TİBB
  • A

Zəncəfilli çay xolesterinin səviyyəsini aşağı salmağa, xərçəng xəstəliyinin yaranma riskini azaltmağa və oynaqlarda ağrını yüngülləşdirməyə kömək edən güclü müalicəvi xüsusiyyətlərə malikdir.

Oxu24.com “Report”a istinadla xəbər verir ki, alimlərin çoxsaylı tədqiqatları bunu deməyə əsas verir. 

"Express" nəşri yazır ki, alimlərin araşdırması müəyyən edib ki, zəncəfil qinqerol maddəsi sayəsində xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Mütəxəssislərin fikrincə, zəncəfil həmçinin yaşıl çaydan iki dəfə daha faydalıdır.

Sınaqlardan biri göstərib ki, gündə zəncəfilin iki qram cövhərindən istifadə edən 30 insanda bu bitkinin yaxşı təsirinə görə bağırsaq xərçəngi riski əhəmiyyətli dərəcədə azalıb.

Zəncəfil yüksək qan təzyiqinin nizamlanmasına kömək edir, onun tərkibindəki salisilat qanı durulaşdıran aspirin komponenti rolunu oynayır.

Bitki həmçinin ağrını yüngülləşdirməyə və immun sistemini gücləndirməyə kömək edən təbii vasitə kimi istifadə olunur. Bu, öz növbəsində orqanizmə infeksiyalardan başlayaraq, həzm pozuntularına qədər bir sıra xəstəliklərlə daha effektiv mübarizə aparmağa kömək edir.

Alimlər bildirirlər ki, zəncəfilli çay dişlərin sağlamlığını qorumağa və onları bakteriyalardan mühafizə etməyə kömək edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Küçədə oğlan bıçaqlandı (18+VİDEO)
Ermənistan sərhəddə nə daşıyır? - GÖRÜNTÜLƏR
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Alimlər xərçəngin yaranmasından bir neçə il əvvəl onu proqnozlaşdırmaq üçün bir üsul tapıblar
Bakıda "Hyundai" qaçırıldı