Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45480
az

“Ayılanda gördüm, ermənilərin içindəyəm…” – Əsirlikdən qayıdan əsgərimiz

16:4830 Dekabr, 2020
2756
HƏRBİ
  • A

"Bu günləri, azad olunacağımı, yenidən vətənimdə olacağımı xəyal belə etmirdim. Əsirlikdə olduğumu biləndə, hər şeyin bitdiyini düşünmüşdüm. Əsirlik mənim üçün son idi”.

Oxu24.com xəbər verir ki, bunu modern.az-a açıqlamasında erməni əsirliyindən azad olunaraq, bu gün ailəsinə qovuşan Bayram Kərimov deyib.

B.Kərimov Füzuli, Şuşa istiqamətlərində döyüşdüyünü və yaralandığını bildirib:

"Yaralanandan sonra huşumu itirmişəm. Ondan sonrasını xatırlamıram. Ayılanda gördüm ki, Ermənistanda, ermənilərin içərisindəyəm. Əsirlikdə olanda ermənilər öz vəhşiliklərini nümayiş etdirirdilər. Amma bu, bizi sındırmırdı”.

Hərbçi qeyd edir ki, təyyardən düşənə qədər Azərbaycana qaytarılacağı barədə məlumatsız olub:

"Bizi təyyarəyə mindirdilər, heç bilmədik hara aparırlar. Çünki yanımızdakılar ermənicə danışırdılar. Bir də təyyarədn düşəndə anladıq ki, Vətəndəyik. Bu günləri bizə yaşatdığı üçün dəmir yumruq sahibi Ali Baş Komandana, cənab İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Qarabağ Azərbaycandır!”

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür
Sülhməramlılar noyabrın 1-də Qarabağdan çıxacaq - İddia

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş