Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34348
az

Stressi azaldan, ürəyi qoruyan DƏMLƏMƏ. Rus kardioloqun resepti

19:4201 İyul, 2020
618
TİBB
  • A

Stress, xüsusilə də xroniki stress bir çox ürək-damar, sinir, endokrin və s. kimi xəstəliklərin əsas səbəblərindən biridir. Stress immun sisteminin əsas düşmənidir.

Müasir insanın həyatı streslə olduqca zəngindir.

Stresdən xüsusilə ürək-damar sistemi əziyyət çəkir. Stress damarların xroniki sıxılmasına səbəb olur ki, bu da infarkt və insult kimi ağır pozulmaların riskini artırır. Xalq təbabəti streslə mübarizə etmək üçün bir çox vasitələri təqdim edir. Ənənəvi tibb də bu vasitələdən geniş istifadə edir.

Saglamolun.az oxucularını rus kardioloqu Serqey Zotovun xəstələrinə tövsiyə etdiyi sakitləşdirici dəmləmənin resepti ilə tanış edir.

2 x.q. pişikotu kökünün ("valeryan" bitkisinin kökü) üzərinə 1 l soyuq su tökün, qapaqla örtün, 1 gün ərzində soyuducuda saxlayın. Sonra odun üzərinə qoyun, qaynara düşəndə 3 dəqiqə ərzində vam odda saxlayın. Oddan götürün, ədyalla bükün. 30 dəqiqədən sonra dəmləməni süzün. Hazır dəmləməni soyuducuda saxlayın və hər gün yatmazdan əvvəl dəmləmədən 1/2 stəkan qəbul edin. Qəbul etdikdən əvvəl dəmləməyə 1 çay qaşığı bal əlavə edin. Bal da sinir sistemi üçün çox faydalıdır, orqanizmə ümumimöhkəmləndirici təsir edir.

Bu dəmləməni hər gün 1,5-2 ay ərzində qəbul edin.

Dəmləmə xroniki streslərdən, yuxusuzluqdan əziyyət çəkənlərə yaxşı kömək edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib