Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30610
az

Öddə durğunluq və daş yaranmasının 7 məşhur səbəbi - Xilas yolu varmı?

23:3506 May, 2020
1339
TİBB
  • A

Son zamanlar yanlış qidalanma, ərzaq məhsullarının keyfiyyətinin aşağı olması öd xəstəliklərinin sayının artmasına səbəb olub.

 

Medicina.az xəbər verir ki, hər dəfə qidalanma zamanı öd kisəsi yığılaraq möhtəviyyatını onikibarmaq bağırsağa ifraz edir və nəticədə yağların həzmi baş verir. Öd kisəsi, öd yolları və sfinkteri əzələlərinin normal yığılması və tonusu pozulanda öd durğunluğu yaranır.

 

Bəs öd durğunluğunun yaranma səbəbləri nədir?

 

Balanslaşdırılmamış qidalanma – qida rejiminin pozulması, uzun müddət ac qalma və qidaların keyfiyyətsizliyi;

 

Hipodinamiya – az hərəkətli həyat tərzi, oturaq iş rejimi;

 

Bağırsaq peristaltikasının pozulması, xüsusilə qəbizlik;

 

Hamiləlik – dölün öd kisəsini sıxması;

 

Metabolik xəstəliklər – piylənmə, şəkərli diabet və ateroskleroz;

 

Öd axımının qarşısını alan mexaniki maneələr – öd daşı və ya opistorxoz.

 

Öddə durğunluq və daş yaranmasının qarşısını almaq üçün nələr etmək lazımdır?

 

Bunun üçün hər qidalanma zamanı yeməyin miqdarı az olmalıdır. Hər 3-4 saatdan bir qida qəbul etmək lazımdır.

 

Əsas 3 dəfə yemək lazımdır – səhər, gunorta, axşam. 2 dəfə ara yemək qəbul edilməlidir.

Ara yemək deyəndə yüngül qidalar nəzərdə tutulur. Bu, meyvə, yoqurt, qatıq ola bilər”.

Yeməkdən 2 saat sonraya qədər çay içilməməlidir. Çünki qidadan sonra qəbul edilən çay öd durğunluğunu yaradan əsas amillərdən biridir.

Qida qəbulları arasında fasilələr nə qədər uzun olarsa, bir o qədər öd durğunluğu formalaşır. Bununla da çöküntü, öd daşı yarana bilər.

Çöküntü nəzarətdə saxlanılmazsa, öd daşına çevrilə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib