Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24812
az

Azərbaycanda gözlənilməz hadisə - Stansiyada partladıcılar tapıldı

18:4119 Fevral, 2020
484
  • A
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yerləşən Dəmir Yolu Stansiyasında borunun içərisində əl qumbarasına aid olan 2 ədəd alışdırıcının tapılması barədə məlumat daxil olub. Bu barədə BakuPost.az-a ANAMA-dan məlumat verilib. Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat və kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Partladıcıların ətrafında 1 000 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səbuhi Rəcəb gəlinini öldürən qayınatanın yaxınlarından 155 min alıb
Qətlə yetirilən polis kapitanı və serjantı Bakıda dəfn olundu
Əmisini öldürən şəxsin məhkəməsi yekunlaşdı - MƏHKƏMƏDƏN

Xarkova HAVA HÜCUMU: silsilə partlayışlar baş verdi

18+

3 polis belə qətlə yetirilib – Rövşən paltarını dəyişmək adi ilə evə girib, sonra...(VİDEO)
3 polisi öldürənin qonşuları danışdı - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət! AYAQLARA DİQQƏT
Səbuhi Rəcəb gəlinini öldürən qayınatanın yaxınlarından 155 min alıb