Doğuş zamanı ölən qadının 4-cü hamiləliyi imiş - Təfərrüat
08 İyul 2025, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86KRİMİNAL
239
24.06.2024, 16:47
Üç ildir həbsdə olan Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, tanınmış idmançı Səbuhi Rəcəb yenidən cinayət məsuliyyətinə cəlb edilib.
7 il 6 həbs cəzası verilmiş S.Rəcəb bu dəfə kikboksinq üzrə dünya çempionu Elman Mirzəyevlə əlbir olaraq dələduzluq etməkdə təqsirləndirilir.
“Qafqazinfo” Səbuhi Rəcəbin cinayət işi ilə bağlı maraqlı epizod əldə edib.
S. Rəcəb barəsində yeni cinayət işinin başlanmasına və sonradan digər əməllərinin üstünün açılmasına səbəb onun 2021-ci ildə gəlinini amansızlıqla öldürən 75 yaşlı İdris Məhərrəmovun yaxınlarını aldatması olub.
Bu məqamda xatırladaq ki, İdris Məhərrəmov 3 il əvvəl bir evdə yaşadıqları 32 yaşlı gəlini Banı Məhərrəmovanı balta ilə doğrayıb, daha sonra hissələrini toplayaraq zibil qabına atıb. Sonradan qayınatanın cinayəti hansı səbəbdən törətdiyini etiraf etdiyi ifadəsi yayılıb.
Ahıl qayınata həbs edildikdən sonra yaxınları onun istintaq dövrü müddətində ev dustaqlığına buraxılması üçün yollar axtarıblar. Bu ərəfələrdə də Səbuhi Rəcəblə tanış olublar.
Həmçinin oxuyun
İ. Məhərrəmovun qızının əri Azər Ələkbərov bu məsələdə vasitəçilik edib. Razılaşmaya əsasən, S.Rəcəb İ.Məhərrəmovu ev dustaqlığına buraxdırmalı və gələcəkdə cinayət məsuliyyətini yüngülləşdirməli imiş. Təqsirləndirilən idmançı bu məsələlərin həll edilməsi üçün ayrı-ayrı vaxtlarda qarşı tərəfdən 155 min manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib. Bir müddət sonra İdris Məhərrəmov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Səbuhi Rəcəb bu dəfə də onun yaxınlarına söz verib ki, Apellyasiya Məhkəməsi vasitəsilə İdris Məhərrəmovun cəzasını şərti cəza ilə əvəz etdirəcək.
Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxladıqdan sonra İdris Məhərrəmovun yaxınları aldadıldıqlarını biliblər. Bundan sonra zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Səbuhi Rəcəbin Elman Mirzəyevlə birgə cinayəti isə maşın alqı-satqısı ilə bağlıdır. İttihamda deyilir ki, idmançılar əlbir olaraq zərərçəkmiş şəxslərdən birinə dəyərindən artıq “Range Rover” və “Bentley” markalı avtomobillər gətirəcəkləri ilə bağlı yalan vəd verərək külli miqdarda pul ələ keçiriblər.
Müttəhim idmançıların bu və digər əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Səbuhi Rəcəb ötən il 3 nəfərə qarşı dələduzluqda təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elman Mirzəyev isə əvvəl həbs edilsə də sonradan ev dustaqlığına buraxılıb.
00:18 / 09 İyul 2025
Sarıkökün gizli FAYDALARI: Bağırsaq xərçəngi…
92
00:02 / 09 İyul 2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
28
00:00 / 09 İyul 2025
Rusiya “Google”u yenə cərimələdi
21
23:51 / 08 İyul 2025
Ayın 10-u bu bürcün həyatı dəyişəcək
481
23:19 / 08 İyul 2025
Doğuş zamanı ölən qadının 4-cü hamiləliyi imiş - Təfərrüat
30
22:52 / 08 İyul 2025
Ağır qəza: Yaralılar var
620
22:39 / 08 İyul 2025
Avropalılar heç vaxt Ukraynanı tərk etməyəcəklər - Makron
26
22:35 / 08 İyul 2025
Kanaldan meyit tapıldı
65
22:18 / 08 İyul 2025
Azərbaycanlı sənətçi insult keçirdi
582
21:58 / 08 İyul 2025
Azərbaycanda bu xəstəliyə yoluxma sayı artdı - RƏSMİ
102
21:34 / 08 İyul 2025
Tramp Maskın yeni partiyası haqqında danışır
39
21:30 / 08 İyul 2025
Beş nəfərin sonunu gətirən 8 rəqəmi - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb
764
21:22 / 08 İyul 2025
USAID tərəfindən maliyyələşdirilən virus nümunələri Wuhana çatdırılacaq
49
21:07 / 08 İyul 2025
Netanyahu və Tramp növbəti görüş keçirəcək
39
20:58 / 08 İyul 2025
Rəqsanə rəisin adını çəkdi: 1 milyonluq ev davası +VİDEO
269
20:52 / 08 İyul 2025
İspaniyada Netanyahu məhkəməyə verildi
40
20:45 / 08 İyul 2025
Trampdan yeni rüsum qərarı
46
20:32 / 08 İyul 2025
Öldürülən Günelin həyat yoldaşı danışdı
1361
19:56 / 08 İyul 2025
Seyran Ohanyan barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib
58
19:34 / 08 İyul 2025
Sabirabadda 33 yaşlı qadın doğuş zamanı öldü
47
19:26 / 08 İyul 2025
Yayda havanın belə olması normaldır?
54
18:43 / 08 İyul 2025
Putinin Bakıya göndərdiyi general - Aleksandr Kurenkovun DOSYESİ
441
18:41 / 08 İyul 2025
20 mindən artıq abonentin qazı kəsiləcək
262
18:10 / 08 İyul 2025
Talibandan qəribə video: Bu üsulla turistləri ölkəyə çağırdılar
121
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.