Yaşadığı evin həyətində meyiti tapıldı
28 May 2026, 14:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
338
24.06.2024, 15:00
Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polis kapitanı Eldəniz Məmmədov Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.
Oxu24.com xəbər verir ki, vida mərasimində polis kapitanının ailə üzvləri, doğmaları, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə cənazə namazı qılınıb. Daha sonra Eldəniz Məmmədov yaylım atəşi altında torpağa tapşırılıb. Polis kapitanının ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb, əklillər qoyulub.
Kapitanın tabutunun büküldüyü üçrəngli Dövlət Bayrağı övladlarına verilib.
***
14:00
Bakıda qətlə yetirilən polis əməkdaşı, serjant Mahir Ağayev dəfn olunub.
Oxu24.com xəbər verir ki, polis əməkdaşının nəşi Binə qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasmində ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.
Qeyd edək ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
16:59 / 28 May 2026
1
16:42 / 28 May 2026
50
16:29 / 28 May 2026
50
16:15 / 28 May 2026
60
16:01 / 28 May 2026
59
15:46 / 28 May 2026
123
15:33 / 28 May 2026
65
15:29 / 28 May 2026
76
15:28 / 28 May 2026
69
15:17 / 28 May 2026
75
15:15 / 28 May 2026
173
15:08 / 28 May 2026
89
14:59 / 28 May 2026
138
14:47 / 28 May 2026
83
14:40 / 28 May 2026
337
14:39 / 28 May 2026
90
14:32 / 28 May 2026
674
14:27 / 28 May 2026
74
14:27 / 28 May 2026
73
13:59 / 28 May 2026
421
13:54 / 28 May 2026
431
13:51 / 28 May 2026
187
13:41 / 28 May 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.