İsmayıllı rayonunda vətəndaşları aldadan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, eləcə də barəsində axtarış elan olunmuş Göyçay şəhər sakini Pünhan Qurbanov saxlanılıb.
Belə ki, P.Qurbanovun ətrafında aparılan araşdırmalarla onun İsmayıllı, Şirvan, Mingəçevir, Ağdaş, Abşeron rayonlarında ayrı-ayrı vətəndaşlara özünü vəkil kimi təqdim edərək işə düzəltmək, əlillərə veriləcək avtomobil növbəsində adlarının irəli çəkdirəcəyinə və başqa vədlər verib inandıraraq onlara qarşı dələduzluq edib, xeyli məbləğdə maddi ziyan vurduğu müəyyən olunub.
P.Qurbanovun digər şəhər və rayonlarda da analoji cinayətlər törətdiyi istisna edilmir.
Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzi xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər və ( 050 ) 280-45-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Günün təklif olunan videosu:
Oxu24.com
ŞƏRHLƏR