Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124699
az

Fərid Əhmədov onu rəis təyin etdi - FOTO

20:3804 Dekabr, 2024
51
CƏMİYYƏT
  • A

Ceyhun Tağıyev Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Oxu24.com  xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Ceyhun Tağıyev 1979-cu ildə anadan olub. Hüquqşünaslıq ixtisası üzrə 2000-ci ildə Bakı Dövlət Universitetinin bakalavr, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib. Əmək fəaliyyətinə 2003-cü ildə daxili işlər orqanlarında başlayıb, 2024-cü ilin iyun ayınadək müxtəlif vəzifələrdə çalışıb. “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının hər 3 dərəcəsi ilə təltif edilib.

Ceyhun Tağıyev 2024-cü ilin iyun ayında ədliyyə orqanlarına qulluğa qəbul olunaraq Strateji planlaşdırma və monitorinq baş idarəsinin Daxili nəzarət və araşdırmalar idarəsinin rəisi vəzifəsinə təyin olunub. Həmçinin, 2024-cü ilin sentyabr ayından bu təyinatadək Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinin icrası ona müvəqqəti həvalə edilib.

  • Fərid Əhmədov onu rəis təyin etdi - FOTO

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Baş prokuror Qaradağda vətəndaşları qəbul edəcək
“Bəyaz” şadlıq sarayında saxta      içkilər      aşkarlandı

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Ramiz Mehdiyevin qızına şikayət etmək    icazəsi     verildi