Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
6241
18.10.2024, 15:21
Gəncənin ermənilər tərəfindən raket atəşinə 5-ci dəfə tutulmasından 4 il keçir.
Oxu24.com CityPost.az -a istinadən xəbər verir ki, erməni terroru zamanı evləri dağıdılan bir qisim vətəndaşın mənzilləri hələ də bərpa olunmayıb. Həmin hücum zamanı evləri dağıdılan şəxslərdən biri də Gəncə şəhər sakini Aqil Məmmədovdur. Aqil Məmmədovun sözlərinə görə, onlara məxsus ev raket hücumu zamanı dağıdıldıqdan sonra ailəsi ilə birlikdə kirayələrdə yaşayır.
“Gəncə terrorundan 4 il keçdi. Bu 4 ildə biz kirayələrdə yaşayırıq. Evlərin təmiri və yenidən tikintisi hələ də yekunlaşmayıb. Bizim Cavadxan qəsəbəsi 174 ünvanında (Avtozavod deyilən ərazidə) yerləşən evimiz həmin raket hücumu zamanı dağıntıya məruz qalıb. Təmir-bərpa işləri yekunlaşmadığı üçün evimizə köçə bilmirik.İşlərin aparılması Vüqar adlı şəxsə həvalə olunub. O,isə sakinlərlə çox kobud şəkildə rəftar edir.İşçilərin və ustaların əmək haqqlarıı ödənilmədiyi üçün işi yarımçıq qoyaraq onlar çıxıb getdilər”,- deyə şikayətçi bildirib.

Aqil Məmmədovun sözlərinə görə,evləri dağıdıldığı üçün onlar kirayədə yaşayırlar.Buna baxmayaraq Dövlət tərəfindən onlara verilən kirayə pulları da dayandırılıb.
“Bizə kirayə pulu artıq iki aydır ki,ödənilmir. Məcbur qalıb kirayə haqqını özümüz verməli oluruq.”,-deyə o bildirib.
Həmçinin oxuyun
CityPost.az məsələ ilə bağlı Gəncə şəhərində qeyd olunan işlərin həvalə olunduğu barəsində söhbət gedən,insanları get-gələ salan Vüqar adlı şəxslə əlaqə saxlayıb. O,açıqlamasında problemlərin yaxın zamanda həll olunacağını bildirib.
“İşlər davam etdirilir.Vətəndaşların kirayə pulunun verilməsinə gəldikdə isə o məsələ də həllini tapacaq. Pulu bizə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ödəməlidir. Onlar pulu bizə köçürmədiyi üçün belə problem yaranıb”,-deyə o bildirib.
Qeyd edək ki, Gəncə şəhərindən bir neçə vətəndaş oxşar problemlə bağlı müraciət edib.
CityPost.az keçən həftə Gəncə şəhəri,Ağa Sultanov küçəsi ev 2 ünvanında yaşayan Vətən Müharibəsi iştirakçısı Abdullayev Cahangir Rizvan oğlunun müraciətini işıqlandırmışdı. O, 44 günlük Vətən Müharibəsinə könüllü olaraq yollanıb və bir sıra istiqamətdə gedən döyüşlərdə iştirak edib.Göstərdiyi xidmətlərə görə “Suqovuşanın azad edilməsi” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Cahangir Abdullayevin şikayətinə səbəb ermənilərin hücumu zamanı dağıdılmış evinin bu günə qədər bərpa edilməməsidir.
12:18 / 11 Dekabr 2025
14
11:57 / 11 Dekabr 2025
750
11:55 / 11 Dekabr 2025
29
11:36 / 11 Dekabr 2025
43
11:00 / 11 Dekabr 2025
988
10:56 / 11 Dekabr 2025
43
10:20 / 11 Dekabr 2025
50
09:40 / 11 Dekabr 2025
60
09:15 / 11 Dekabr 2025
71
08:35 / 11 Dekabr 2025
116
00:33 / 11 Dekabr 2025
128
00:17 / 11 Dekabr 2025
337
00:10 / 11 Dekabr 2025
125
00:02 / 11 Dekabr 2025
265
23:46 / 10 Dekabr 2025
512
23:44 / 10 Dekabr 2025
120
23:31 / 10 Dekabr 2025
487
23:18 / 10 Dekabr 2025
628
23:06 / 10 Dekabr 2025
341
22:53 / 10 Dekabr 2025
1648
22:47 / 10 Dekabr 2025
124
21:46 / 10 Dekabr 2025
295
21:34 / 10 Dekabr 2025
116
21:19 / 10 Dekabr 2025
1168
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.