Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24239
az

Alimlərdən kişi və qadınlar haqqında daha bir MARAQLI ARAŞDIRMA: sən demə...

23:0109 Fevral, 2020
648
  • A

Riyaziyyatda qızların oğlanlardan daha pis nəticə göstərməsi barədə iddialar öz təsdiqini tapmayıb.

Oxu24.com xəbər verir ki, tədqiqatçılar Maqnit Rezonans Tomoqrafiya (MRT) vasitəsilə 104 uşağın beyin fəaliyyətini müşahidə ediblər və cinsiyyətlə əlaqəli bir fərq tapmayıblar.

Son araşdırmara görə, riyazi qavrama bacarığı cinsi üstünlüklə bağlı deyil. Tədqiqatçılar MRT vasitəsilə 3-10 yaş arası 104 uşağın, 55 qızın və 49 oğlanın beyinlərini müşahidə ediblər. Bu müddət ərzində uşaqların hamısı sadə riyaziyyat mövzuları haqqında hazırlanmış videoları izləyiblər. Müşahidələr nəticəsində iki cinsin beyin fəaliyyəti arasında heç bir fərq tapılmayıb.

Karneqi Melon Universitetinin nevroloqu Cesika Kantlon, elmin xalq inancı ilə üst-üstə düşmədiyini deyib və əlavə edib: "Uşaqlarının beyinlərinin cinsiyyətindən asılı olmayaraq oxşar şəkildə işlədiyini müşahidə etdik".

Tədqiqatçılar həmçinin 3 yaşdan 8 yaşa qədər olan 97 uşağa riyaziyyat testi veriblər. Bu test nəticəsində cinslər arasında heç bir fərqə tapılmayıb. Bir daha sübut edilib ki, riyazi qabiliyyət və beyin inkişafı cinslə əlaqəli deyil.

Bəzi tədqiqatçıların fikrincə, cəmiyyətdə belə bir rəyin yayılması kişilər üzərində olan təzyiqdən irəli gəlir. Çünki kişilər daha çox maliyyə mükafatları ala biləcəkləri karyera seçimini etməyə məcbur olurlar.

Tədqiqatçıların növbəti hədəfi, sınaqdan keçmiş uşaqları qarşıdakı illərdə yenidən yoxlamaqdır. Bu dəfə onlar sadə riyaziyyat mövzularından fərqli olaraq, daha çətin riyaziyyat mövzularına cəlb olunacaqlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürəyi qoruyur, ağrıları azaldır - Qızılgülün faydaları
Elgiz müğənnini BİABIR ETDİ: “Türklər ona baxıb dedilər ki, başı işləmir”
Sertifikatlaşdırma ilə bağlı 6 komissiya yaradıldı

Yayda çayı belə içmək lazımdır

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Mehriban Xanlarovaya hücum oldu - Avtomobilinin qarşısını kəsdilər +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Azərbaycanda DƏHŞƏT: Dayı 7 yaşlı bacısı oğlunu öldürdü