Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23019
az

Bakıda əməliyyat: Uşağın əlindən telefonu oğurlayıb qaçan şəxs tutuldu

09:5521 Yanvar, 2020
652
  • A

Bakı metrosunda qadınlardan oğurluq edən şəxs tutulub.

“Report”un xəbərinə görə, hadisə yanvarın 19-da saat 19:30 radələrində, metronun

“İnşaatçılar” stansiyasında qatarda qeydə alınıb.

Belə ki, naməlum şəxs paytaxt sakini N.Həmidovanın cibindən mobil telefonunu qeyri-aşkar şəraitdə oğurlayıb.

Daha sonra N.Həmidova hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Bakı Metropolitenində Polis Şöbəsinin Cinayət Axtarış Qrupunun keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elçin Əliyev tutulub.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, E.Əliyev həmin gün 14:30 radələrində metronun “28 May” stansiyasında 1982-ci il təvəllüdlü X.Abudovanın da mobil telefonunu oğurlayıb.

Bundan başqa, bir neçə gün əvvəl onun K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) 2 yaxşlı uşağın əlində olan mobil telefonu da oğurladığı müəyyənləşib.

Faktla bağlı araşdırmalar aparılır, E.Əliyevin digər əməlləri də istisna edilmir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhməd bu tarixdə hakim qarşısına çıxarılacaq
Prokuror Hərbi Polisin maliyyə xidmətinin sabiq rəisinə cəza istədi
Zəngilanda 2 tona yaxın çətənə bitkisi məhv edildi

Yunan adası 50 il sonra su altında qalacaq

18+

İlon Mask cinsi təcavüzdə ittiham olunur
Timsahın qarnından qadın çıxdı - foto
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu vərdişlər hər 4 nəfərdən 1-ni öldürür - Təcili tədbir görülməlidir!
Əhməd bu tarixdə hakim qarşısına çıxarılacaq