Bu gün Bakı Dövlət Universitetində bir qrup tələbə aksiya keçirib.
Oxu24.com xəbər verir ki, onlar ali təhsil müəssisəsinin 2 saylı korpusunda "Pulsuz təhsil” şüarlı plakat asıblar.
Sosial mediada paylaşılan foto ilə bağlı sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bəzi şəxslər universitetdə rüşvətin olmadığını, bəziləri isə müəllimlərdən qiymət almaq üçün pul verildiyini bildiriblər.Məlumata görə aksiyanı kitabxanaçılıq fakültəsinin tələbələri keçirib.
Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti neft-qaz ölkəsində vətəndaşlar üçün ödənişli təhsilin olmasını qınayıblar.
Oxu24.com
ŞƏRHLƏR