Qusar rayon Mərkəzi Xəstəxanasında həkimin rüşvət alması görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, laboratoriya şöbəsinin həkimi analiz cavablarını alan vətəndaşlardan pul alıb.
Oxu.Az-ın redaksiyasına göndərilən videonun dünən səhər saatlarında Qusar rayon Mərkəzi Xəstəxanasında çəkildiyi bildirilir.
Videodan həkimin açıq-aşkar pul aldığı görünür.
Səhiyyə Nazirliyi Qusar rayon Mərkəzi Xəstəxanasında həkimin vətəndaşdan rüşvət alması ilə bağlı yayılan videoya münasibət bildirib.
Nazirlikdən cavab olaraq bildirilib ki, məsələ araşdırılıb.
“Həkimə 3 manat pul verilib. Pul verən ilə videonu çəkən ayrı-ayrı şəxslərdir. Pul verən şəxs həkimdən şikayətçi olmayıb. Buna baxmayaraq daxili araşdırmalar aparılır və həkim barəsində müvafiq tədbirlər görüləcək”, nazirlikdən bildirilib.
Oxu24.com
ŞƏRHLƏR