Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20351
az

Abbas Səhhətin 95 yaşlı nəvəsi kirayədə yaşayır (VİDEO)

12:0107 Dekabr, 2019
1585
ŞİKAYƏTLƏR
  • A

Abbas Səhhətin nəvəsi Qəmərxanım Mehdiyevanın 94 yaşı bu ilin noyabrında tamam olub.

 

Oxu24.com  real.tv-yə istinadən xəbər verir ki, Qəmərxanım nənə şairin qız nəvəsidir. Daha doğrusu sağ qalan yeganə qızı Dostuxanımın. O biri qızı Ruqiyyə sultan 1918-ci ildə Şamaxıda törədilən erməni qırğınlarından sonra Gəncəyə köçən Abbas Səhhət ailəsinin digər üzvləri ilə birlikdə vəba xəstəliyindən cəmi 10 yaşında vəfat edib.

 

 

Bu gün Qəmərxanım nənə yeganə oğlu ilə kirayədə qalır. Yox, bir vaxtlar evləri olub, sadəcə gözünün ağı-qarası balasının xəstəliyi ucbatından evini satıb və illərdir bu ailə kirayə həyat sürmək məcburiyyətindədir.

 

Abbas Səhhət Vətən haqqında yazılan ən gözəl şerimizin müəllifidir. Vətən onun sevgili cananı, əcdadının mədhəni, övladının məskəni idi. Vətən həm də hər bir övlad üçün isti ev, yuva deməkdir. 95 yaşlı Qəmərxanım nənə soyuq mənzilinə öz kiçik vətənindən - isti evindən köçmək istəyir. Məncə böyük Abbas Səhhətin ruhunu sevindirəcək kiçik bir addım olardı.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
"Kontakt Home" müştərilərini aldadır?

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu