Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1853
az

Zirəddin: Alpinistlər bu cür həlak olub -

12:1517 May, 2018
5241
KRİMİNAL
  • A

 

 Ekstrasens Zirəddin Rzayev ötən ilin dekabrında itkin düşmüş alpinistlərlə bağlı verdiyi proqnozların doğru çıxdığını deyib.

Oxu24.com  xəbər verir ki, ekstrasens bu barədə şəxsi İnstaqram səhifəsində yazıb. O, əvvəlcə yanvarın 16-da alpinistlərlə bağlı verdiyi proqnozu xatırladıb:

"İnstaqramda mənə tez-tez itən alpinistlər barədə suallar verirlər. Çox təəssüf edirəm, amma onlar sağ deyillər. Mən onlardan birini digərlərindən ayrı görürəm. Fikrimcə, 20 fevrala kimi alpinistlər tapılacaq. Təəccüblüdür ki, onlardan biri digər ikisindən sonra ölüb. Qoy onların yaxınları mənim sözlərimi ürəklərinə salmasınlar. Yaxşı olacağına inanaq. Ümid edirəm ki, proqnozum səhv çıxacaq, mən yanılmış olacam”.

Ekstrasens bugünkü paylaşımında isə yanvarın 16-da verdiyi proqnozla nəticəni müqayisə edib və fevralla mayı səhv saldığını bu cür aydınlaşdırıb:

Günün təklif olunan videosu:



"Çox təəssüf ki, alpinistləri ölü tapdılar. Məhz mənim dediyim şəkildə, əvvəl birini, daha sonra ikisini. Bir də ki, mən 2 rəqəmini görmüşdüm. Ona görə də dedim ki, alpinistlər 20.02 tarixinə kimi tapılacaqlar. Ay təqviminə görə ikinci aylı gündə - 16 mayda onlar tapıldılar”.

Qeyd edək ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyənləşdirilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib. Daha sonra isə digər meyitlər tapılıb.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilən alpinistlərin meyitləri ailələrinə təhvil verilib.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

23 yaşlı tələbə vəfat etdi
Qardaşı
Bakıda kişi gecə saatlarında özünü asdı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu