Gəncədə saxlanılan narkokuryerdən 20 kiloqramdan çox heroin aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Rafael Zeynalov saxlanılıb. Ondan 20 kiloqram 755 qram heroin aşkar edilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, R. Zeynalov İran vətəndaşları ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Gəncə şəhəri ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul və narkotik müqabilində həyata keçirdiyini bildirib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR