Bakıda yaşayanların NƏZƏRİNƏ! Saat 10:00-dan etibarən...
11 Dekabr 2025, 21:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1105
13.12.2024, 11:56
Bakı şəhəri Yasamal rayonu ərazisində yeni parkın salınması məqsədilə ətraf mühitin abadlaşdırılması və köhnə tikililərin sökülməsi işlərinə start veriləcək.
Oxu24.com xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, Mərkəzi Parkın davamı olaraq planlaşdırılan bu layihə S.Tağızadə, A.Şaiq və N.Aşurbəyova küçələrini əhatə edəcək.
Layihənin icrası ilə bağlı tender müsabiqəsi elan edilib. Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC tərəfindən təqdim olunan müsabiqədə ümumi büdcə 38 milyon manat olaraq göstərilib. Tender sənədində qeyd olunur ki, ərazidə kərpicdən tikilmiş yaşayış binaları söküləcək, inşaat tullantıları xüsusi texnika vasitəsilə ərazidən daşınacaq və torpaq işləri həyata keçiriləcək.
Həmçinin oxuyun
Bundan əlavə, layihə çərçivəsində qayalıq qruntların yumşaldılması, torpağın hazırlanması və parkın salınması üçün zəruri şəraitin yaradılması nəzərdə tutulub. Bu işlər yeni parkın təməli üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, tender sənədində göstərilən işlərin 2024-cü ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Layihə başa çatdıqdan sonra paytaxt sakinləri və qonaqlar üçün daha bir istirahət məkanı yaradılacaq.
Yeni parkın şəhərin ekoloji mühitinə və sakinlərin sosial həyatına müsbət təsir edəcəyi gözlənilir. Layihənin icra prosesi ilə bağlı əlavə məlumatlar yaxın günlərdə açıqlanacaq.
22:54 / 11 Dekabr 2025
5
22:51 / 11 Dekabr 2025
7
22:30 / 11 Dekabr 2025
35
22:28 / 11 Dekabr 2025
31
22:24 / 11 Dekabr 2025
26
22:08 / 11 Dekabr 2025
589
22:00 / 11 Dekabr 2025
41
21:46 / 11 Dekabr 2025
141
21:30 / 11 Dekabr 2025
37
21:24 / 11 Dekabr 2025
1134
21:05 / 11 Dekabr 2025
48
20:47 / 11 Dekabr 2025
54
20:28 / 11 Dekabr 2025
529
20:24 / 11 Dekabr 2025
143
20:21 / 11 Dekabr 2025
79
20:12 / 11 Dekabr 2025
64
20:05 / 11 Dekabr 2025
263
20:03 / 11 Dekabr 2025
226
20:02 / 11 Dekabr 2025
68
19:42 / 11 Dekabr 2025
1357
19:39 / 11 Dekabr 2025
193
17:31 / 11 Dekabr 2025
89
17:29 / 11 Dekabr 2025
84
17:15 / 11 Dekabr 2025
1161
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.