Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125595
az

20 yaşlı oğlana 18 il həbs cəzası verilib

18:3313 Dekabr, 2024
71
KRİMİNAL
  • A

Yevlaxda toyda tanışını qətlə yetirməkdə təqsirləndirilən 20 yaşlı oğlanın məhkəmə prosesi yekunlaşıb.

Oxu24.com  xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Tahir Abdullayev 18 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə bu il iyunun 10-da Yevlax rayonunda toyda baş verib. 2004-cü il təvəllüdlü Tahir Abdullayev həmyerlisi 2000-ci il təvəllüdlü Elmir Abışova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib. Elmir Abbasov xəstəxanaya aparılırakən yolda ölüb. Tahir Abdullayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Yevlax prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılsa da, sonradan təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə ittiham edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

21 yaşlı oğlan özünü bıçaqlayıb
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı
Sevgilisinin xəyanətindən şübhələndi, qazini öldürdü - VİDEO

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
21 yaşlı oğlan özünü bıçaqlayıb