Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106184
az

Bayden G7 liderləri ilə İranın İsrailə hücumunu müzakirə edib

20:3514 Aprel, 2024
48
DÜNYA
  • A

ABŞ prezidenti Co Bayden Yeddilik (G7) ölkələrindən olan həmkarları ilə bağlı qapılar arxasında İranın İsrailə hücumunu müzakirə edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə RİA Novosti Amerika liderinin administrasiyasının mətbuat xidmətinə istinadən yazır.

 

Ağ Evdən bildirilib ki, dövlət başçıları videobağlantı vasitəsilə danışıblar.

 

Eyni zamanda onlayn görüş iştirakçıları İsraili dəstəkləməyə davam etməyə hazır olduqlarını təsdiqləyiblər.

 

“Liderlər İranın İsrailə misli görünməmiş hücumunu pisləyib və G7-nin İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyiblər”, - bəyanatda deyilir.

 

Aprelin 13-ü axşam saatlarında İran İsrailə doğru 200-dən çox raket və pilotsuz uçuş aparatı (PUA) atıb. Eyni zamanda yəhudi dövlətinin ordusu bütün hava hücumundan müdafiə sistemlərinin yüksək hazırlıq vəziyyətində olduğunu açıqlayıb. 

 

Daha sonra Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi vəziyyəti şərh edib. Onun sözlərinə görə, İran qoşunları İsrailə ciddi ziyan vura bilməyib.

 

Papa Fransisk daha əvvəl İran və İsraili “zorakılıq spiralına” qarışmamağa çağırıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın baş naziri ilə ölkə prezidenti arasında qalmaqal
Avropa İttifaqında
Qazaxıstanın keçmiş daxili işlər naziri saxlanıldı