Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107402
az

Evinizdəki ÖLÜM TƏHLÜKƏSİ - Onlardan XƏBƏRDARSINIZMI?

19:0529 Aprel, 2024
254
TİBB
  • A

Hər bir insanın yaşadığı yeri onun qalası adlandırmaq olar.

Lakin bir çoxlarının bu evin divarlarında gizlənən ölümcül təhlükələrdən xəbərləri yoxdur. Buna görə də mütəxəssislər evdə ən təhlükəli olan və onun sakinlərinin ölümünə gətirib çıxaran TOP-5-liyi tərtib ediblər.


Publika.az xəbər verir ki, siyahıda birinci yerdə adi hava qeyd olunub. Havada allergiyanın ən geniş yayılma səbəbi olan toz gənəsi yaşayır ki, istər-istəməz nəfəsimizlə onu orqanizmə qəbul edirik. Əksər hallarda bu gənə astmanı törədə bilir. Danimarkalı mütəxəssislər müşahidə ediblər ki, astma xəstələri döşəkdə olan tozdan əziyyət çəkirlər. Əgər çarpayıda 1 qram tozda 100 gənə normal hesab edilirsə, 1 qram tozda 110 gənə aşkar olunub. Bunun qarşısını almaqdan ötrü mənzilin havasını tez-tez dəyişmək və rütubətin qarşısını almaq vacibdir. Çünki rütubət gənənin çoxalmasına şərait yaradır.

İkinci yerdə məişət kimyasıdır. ABŞ alimləri standart təmizlik vasitələrini araşdırıblar. Məlum olub ki, onların tərkibində daha çox olan ftalatlar hormonlara və testosteronun yaranmasına təsir edir. Bundan əlavə, evlərdə tozla yanaşı, fenol qalıqları da müşahidə olunub ki, insanlar bununla nəfəs alıblar. Bütün bu cisimlər immunitetə ziyan vurur, hormonal mühiti pozur və nəticədə xərçəngə gətirib çıxarır.

Ətirli şamlar da çox təhlükəlidir. Səbəb onların tərkibindəki qurğuşundadır. Hamilə qadınlara bu tip şamdan və çöplərdən istifadə etmək məsləhət görülmür. Əks halda bu, genetik mutasiyaya, astmaya, dermatitə və onkoloji xəstəliklərə səbəb olur.

Siyahıda daha sonra otaq bitkiləri, məsələn, aloe gəlir. Evdə bu bitkidən hazırlanan sulu dərmanlar ürək və əzələ, qaraciyər və allergiya problemləri yaradır.

Top-5-lik kiflə qapanır. Kif ağciyər, astma, allergiya və s. xəstəliklərə səbəb olur. Sadəcə, havanın rütubətini izləmək, vanna otağında və mətbəxdə kifin qarşısını vaxtında almaq vacibdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Kişmiş suyunun sağlamlığa faydaları

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ