Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107463
az

Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşdü

13:2930 Aprel, 2024
41
CƏMİYYƏT
  • A

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovla Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev arasında görüş keçirilib.

MEDİA-dan bildirilib ki, görüşdə Əhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatından danışıb, cəmiyyətin, eləcə də media subyektlərinin və jurnalistlərin sığorta sektoru ilə bağlı məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb.

Elmar Mirsalayev isə son illər sığorta sektorunda aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən bəhs edib, birgə layihələrin icrasının xüsusi önəm daşıdığını bildirib.

Görüşdə ikitərəfli əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və münasibətlərin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsündə son vəziyyət
Bakıda vəzifəli şəxsin oğlu vəfat etdi
Bakıda itkin düşən iki nəfər tapıldı