Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107460
az

Natiq Qasımovun qalıqlarının axtarışı hansı istiqamətdə aparılır? - AÇIQLAMA

12:5430 Aprel, 2024
45
QARABAĞ
  • A

"Qazıntılar təsdiq olunmuş plana uyğun olaraq Dövlət Komissiyasına məlum olan və BQXK tərəfindən komissiyaya təqdim olunan kooridantlar üzrə aparılır".

Oxu24.com xəbər verir ki,  bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bu gün keçirilən brifinqdə Natiq Qasımovun qalıqlarının tapılması ilə bağlı suala cavabında deyib.

O bildirib ki, bundan başqa ərazidə tikinti-quruculuq işləri aparılır: "Bu işlər zamanı qalıqlar aşkarlanır və onların hansı dövrə aid olduğu dəyərləndirildikdən sonra qazıntı işləri bizim tərəfimizdən aparılır. Əgər onun itkinlərə aid olduğu ehtimal olunursa, o zaman Dövlət Komissiyasında təmsil olunan qurumlarla birlikdə iş aparır".

"Natiq Qasımova və digər bizim qəhrəmanlarımıza ermənilər tərəfindən hansı münasibətin göstərildiyi, beynəlxalq humanitar hüquq normalarını, qeyri-insani davranışları nəzərə alaraq qalıqların tapılmasının asan olmayacağını bildirmişik", - deyə E.Səmədov vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu ilin sonunda Qubadlıya ilk köç olacaq
Sülhməramlılar Xocalıdan belə yola salındı - VİDEO

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib