Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107450
az

Avropa İttifaqında "TikTok" bloklana bilər

11:4730 Aprel, 2024
36
DÜNYA
  • A

Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen Aİ-də “TikTok” sosial şəbəkəsinin bloklanmasını istisna etmir.

Oxu24.com xəbər verir ki, bunu xanım Lyayen Niderlandın Maastrixt şəhərində keçirilən tədbirdə deyib. O, həmçinin Avropa Komissiyasının TikTok-u korporativ telefonlarda qadağan edən ilk təşkilat olduğunu xatırladıb.

Qeyd edək ki, Avropa İttifaqı ötən il avqustun 25-dən etibarən 19 onlayn platformanın fəaliyyətinə nəzarəti gücləndirmək qərarına gəlib. Hazırda onlara X, “TikTok”, "Instagram", "YouTube", "Google" və “Amazon Store” kimi sosial şəbəkələr daxildir. Avropa Komissiyası yeni qanunun uşaqların müdafiəsi, həmçinin dezinformasiya ilə mübarizə məqsədi daşıdığını vurğulayıb.

AK-nin məlumatına görə, həmin platformaların Avropa qaydalarına uyğunluğu diqqətlə yoxlanılacaq və pozuntular aşkar ediləcəyi təqdirdə onlara qarşı sanksiyalar tətbiq olunacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Antalyada FETÖ əməliyyatında 22 şübhəli tutulub
ABŞ G7-nin Rusiya almazlarına qadağasını yenidən nəzərdən keçirir
Putinlə Si Cinpinin görüşü Trampı narahat edir

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib