Bürclərin üstünlükləri:Bəs siz özünüz haqqındanə bilirdiniz?
30 Dekabr 2024, 13:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
941
28.03.2020, 00:05
Qoç - sizin üçün bu gün hansısa xoş, amma elə də ciddi olmayan münasibətlərin başlanması ilə əlamətdardır. Yeni tanışlıq romantikliyi ilə deyil, iş baxımından sərfəliliyi ilə seçiləcək. İdeyalarınızı, yaradıcı planlarınızı tezliklə həyata keçirmək istəyirsiniz. İstənilən, hətta çox əhəmiyyətsiz bir işi az qala ayin səviyyəsinə qaldırırsınız.
Buğa - qayğı və problemlərlə dolu gündür. Ciddi çətinliklərdən qorunmağın bir yolu var - adət etdiyiniz taktikadan əl çəkib, yenisini tətbiq edin. Bəli, improvizə, eksperiment, risk etməli olacaqsınız, amma belədə, mənfi tendensiyaların qarşısını ala, düşmənlərinizdən qurtula bilərsiniz. Şəxsi münasibətləriniz də gərgindir.
Əkizlər - çətin gündür. Müxtəlif problemlər, gözləntilərinizin doğrulmaması mümkündür. Bir neçə məsələni eyni zamanda həll etmək istəyir, amma heç birinin öhdəsindən gələ bilmirsiniz. Bu, ətrafınızdakıları güldürür, sizi isə əsəbləşdirir.
Xərçəng - sizə elə gəlir ki, qarşınızda yaxşı perspektivlər açılır. Əlbəttə, həm maraqlı təkliflər alırsınız, həm yeni ortaqlar peyda olurlar, həm öz planlarınızı təyin edirsiniz. Amma daha diqqətlə baxdıqda, analiz etdikdə tamam başqa mənzərə görəcəksiniz. Çox güclü iradəsi və anlaşılmayan məqsədləri olan bir adam sizinlə köməksiz gəlincik, yaxud xırda bir uşaq kimi oynayır, idarə edir.
Şir - günün emosional fonu qeyri-sabitdir. Səhər çağı əsəbi olacaq, tez-tez özünüzdən çıxacaqsınız. Axşam isə əhvalınız düzələcək, səbəbsiz yerə sevinəcək və ətrafınızdakıların da başını qata biləcəksiniz.
Qız - yaxınlarınızla münasibət isə çox pisdir. Aşiq Qızların işi isə lap çətindir: şəbhələr, qısqınclıq onların ürəyini didir. Şəxsi məsələlərin həllində ötəri istəklərinizin, təsadüfi arzularınızın təsiri altında hərəkət edirsiniz - çox nahaq!
Tərəzi - mürəkkəb, gərgin, təzadlı gündür. Xoşbəxtlikdən, enerjiniz çoxdur, çətinliklərlə və bədxahlarınızla vuruşmaq üçün kifayət qədər qüvvəniz var. Üstəlik, ağlınıza güvənir və tez-tez düşmənlərinizi çaş-baş salan üsullardan istifadə edirsiniz.
Həmçinin oxuyun
Əqrəb - səhhətin pisləşməsi, yorğunluq, depressiya halları mümkündür. Bütün bunlarla dərmanlar vasitəsilə mübarizə aparmaq məsləhət görülmür. Aromaterapiya yaxşı təsir göstərər. Asudə vaxtı hansısa faydalı məşğuliyyətə həsr etmək pis olmaz: əməyin bəhrəsi ortaya çıxanda əhval da düzələcək.
Oxatan - şəxsi həyatınızda dəyişiklik etmək yanğısı sizi düşünülməmiş hərəkətlərə təhrik edir. Məhz bu səbəbdən hətta özünüzün də sonunun olmayacağını gördüyünüz münasibətlərə başlayırsınız. Mənfi tendensiyaların təsirindən qaçmaq olar, bunun üçün diqqətli və ehtiyatlı olmaq, risklərdən imtina etmək və ağıllı birinə güvənmək lazımdlır.
Oğlaq - düşünülməmiş hərəkətlərinizin bol olduğu gündür. Çox vaxt hətta özünüz də bilmirsiniz ki, bu və ya digər hərəkəti niyə etdiniz. Sadəcə, nəsə etmək istəyirsiniz, amma nə? - Bax bu, maraqlıdır. Hər tərəfdən səslənən məsləhətlərə elə də inanmayın: çox güman ki, ətrafınızdakılar bunu sizi çox istədiklərindən etmirlər.
Dolça - işdə ciddi problemlər yarana bilər. Mövqeləriniz elə də möhkəm deyil, istənilən bədxahınız çətinlik çəkmədən sizə ciddi zərbə vura bilər. Ən sadə işlərdə də səhvlər edirsiniz və bunları peşəkar gələcəyinizin birbaşa asılı olduğu insanlar dərhal görürlər.
Balıqlar - insanların əhvalı tez-tez dəyişir, bu isə əvvəldən tərtib olunmuş planlara yenidən nəzər salmağa vadar edir. Ardıcıl və ehtiyatlı insanlar da qarşıya qoyulmuş məqsədə çatmaq üçün xeyli güc sərf etməli olurlar, çünki tərəfdaşları və iş ortaqları işlərinə pəl vurur, onları yarı yolda qoyurlar.
18:15 / 08 Fevral 2026
23
17:45 / 08 Fevral 2026
74
17:30 / 08 Fevral 2026
92
17:26 / 08 Fevral 2026
135
17:16 / 08 Fevral 2026
91
17:13 / 08 Fevral 2026
691
17:09 / 08 Fevral 2026
211
17:02 / 08 Fevral 2026
244
16:59 / 08 Fevral 2026
314
16:57 / 08 Fevral 2026
84
16:56 / 08 Fevral 2026
98
14:55 / 08 Fevral 2026
763
14:11 / 08 Fevral 2026
381
14:03 / 08 Fevral 2026
315
13:56 / 08 Fevral 2026
2471
13:41 / 08 Fevral 2026
1924
13:21 / 08 Fevral 2026
643
12:28 / 08 Fevral 2026
4911
11:15 / 08 Fevral 2026
325
11:12 / 08 Fevral 2026
1302
11:11 / 08 Fevral 2026
323
02:30 / 08 Fevral 2026
378
02:07 / 08 Fevral 2026
346
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.