Qaynar xətt:

(+99450) 247 90 86

“140 mindən çox insan Qarabağ və Şərqi Zəngəzura geri dönəcək”

QARABAĞ

973

23.11.2023, 13:38

"Hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, vacib infrastruktur layihələri həyata keçirilir".

OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki,  bu sözlər Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin V konfransının iştirakçılarına müraciətində yer alıb.

"Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq dədə-baba yurdlarına - Laçın və Füzuli şəhərlərinə, o cümlədən üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsi nəzərdə tutulur", - Prezident bildirib.