Kəlbəcərdə iməcilik keçirilib
12 Noyabr 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
3426
29.12.2020, 12:47
"Bu təxribatlar göstərir ki, Rusiya sülhməramlıları üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmir və yaxud gəlmək istəmir”.
Bu sözləri Sfera.az-a açıqlamasında erməni silahlı birləşmələrinin növbəti dəfə Hadrutda hərbi təxribat törətmələrinə münasibət bildirərkən politoloq Cümşüd Nuriyev deyib:
"Bu sülhməramlılar öz missiyalarına uyğun olmayaraq hərəkət edir. Əslində onların mandatı da qanuni deyil. Bağlanan üçtərəfli sazişin birinci maddəsində erməni silahlı qüvvələrinin çıxarılması öz əksini tapıb. Amma ara-sıra baş verən təxribatlar göstərir ki, bu tam olaraq baş verməyib. 4-cü maddəyə görə isə, onun təmin edilməsi üçün Azərbaycan işğaldan azad etdiyi ərazidə, ruslar isə ermənilərin yaşadığı təmas xəttində olmalıdır”.
Həmsöhbətimizə görə, bu sayaq təxribatlar Moskvanın prosesə ikili standartdan yanaşmasının nəticəsidir:
"Bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirir, digər tərəfdən isə gələcəkdə Dağlıq Qarabağın statusuna baxıla biləcəyini iddia edirlər. Belə təxribatlarda digər məqsəd isə Ermənistanda hakimiyyətin dəyişərək, rusmeylli şəxsin iqtidara gətirilməsidir. Onun əlilə də Dağlıq Qarabağda daha genişmiqyaslı təxribatlar törətməyi düşünürlər”.
C. Nuriyev düşünür ki, 2021-ci ilin martına doğru daha böyük təxribatlar baş verə bilər:
"Rus politoloqları həmin təxribatı təxminən gələn ilin martına planlaşdırıblar. Onlar kiçik müharibəyə əl atmaqla Azərbaycanı fakt qarşısında qoymaq istəyirlər ki,Bakı yenidən Dağlıq Qarabağa hansısa inzibati ərazi statusu versin və Rusiya daha 100 il Azərbaycanı təzyiq altında saxlasın. Növbəti dəfə belə təxribatlara yol verilsə, Azərbaycan tərəfi sülhməramlıların çıxarılması tələbini qoymalıdır.
Təklif edirəm ki, siyasi cəhətdən Qarabağın hüquqi müdafiə komitəsi yaradılsın. Qarabağla bağlı Rusiyanın planları həyat keçsə, 2021-ci il Azərbayan üçün heç də yaxşı olmaya bilər. Azərbaycan bunlara hazırlıqlı olmalıdır”.
21:55 / 14 Noyabr 2026
1
21:32 / 14 Noyabr 2026
56
21:22 / 14 Noyabr 2026
87
21:11 / 14 Noyabr 2026
382
21:04 / 14 Noyabr 2026
240
21:02 / 14 Noyabr 2026
90
20:56 / 14 Noyabr 2026
91
20:50 / 14 Noyabr 2026
99
20:38 / 14 Noyabr 2026
101
20:23 / 14 Noyabr 2026
914
19:54 / 14 Noyabr 2026
95
19:50 / 14 Noyabr 2026
102
19:36 / 14 Noyabr 2026
1581
19:15 / 14 Noyabr 2026
137
19:12 / 14 Noyabr 2026
130
19:05 / 14 Noyabr 2026
122
18:50 / 14 Noyabr 2026
131
18:43 / 14 Noyabr 2026
138
18:21 / 14 Noyabr 2026
885
18:09 / 14 Noyabr 2026
145
18:06 / 14 Noyabr 2026
575
18:03 / 14 Noyabr 2026
121
17:18 / 14 Noyabr 2026
238
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.