Qaynar xətt:

(+99450) 247 90 86

Zabitimizdən ermənilərə: "Rədd olun burdan, bura bizim torpağımızdır!" – Əsgərlərimiz Zod qızıl mədənində

Zabitimizdən ermənilərə: \\\"Rədd olun burdan, bura bizim torpağımızdır!\\\" – Əsgərlərimiz Zod qızıl mədənində

QARABAĞ

679

27.11.2020, 23:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sərhədin tam və dəqiq müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından vacibdir. Demarkasiya işlərindən sonra Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin hərbi bazalarının göstərilən sərhədlərdə yerləşdiriləcəyi qeyd olunub.

Qeyd edək ki, bu gün 250 Azərbaycan hərbçisinin, o cümlədən yüksək rütbəli zabitlərin Zod (Söyüdlü) qızıl mədəninin ərazisində peyda olduqları ilə bağlı erməni mətbuatı məlumat yaymışdı. Hətta bununla bağlı video da paylaşılmışdı. Qeyd olunurdu ki, Azərbaycan əsgərləri erməni hərbçilərindən mədənin ərazisini tərk etməyi tələb ediblər.

"Bura bizim ərazimizdir, rədd olun burdan", - Azərbaycan Ordusunun zabiti deyib.

Erməni tərəfini təmsil edənlər məsələni aydınlaşdırmaq üçün vaxt istəyiblər və rus sülhməramlılarına müraciət ediblər. İki saata yaxın davam edən danışıqlardan sonra Azərbaycan Ordusunun əsgərləri sabaha qədər ermənilərə vaxt verib:

"Onlar (Azərbaycan əsgərləri - red.) gedərkən deyiblər ki, sabah gələndə sizi burda görməyək. Yoxsa bilirsiniz nə edəcəyik!"

Azərbaycan, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar. Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sərhədin tam və dəqiq müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından vacibdir. Demarkasiya işlərindən sonra Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin hərbi bazalarının göstərilən sərhədlərdə yerləşdiriləcəyi qeyd olunub. Qeyd edək ki, bu gün 250 Azərbaycan hərbçisinin, o cümlədən yüksək rütbəli zabitlərin Zod (Söyüdlü) qızıl mədəninin ərazisində peyda olduqları ilə bağlı erməni mətbuatı məlumat yaymışdı. Hətta bununla bağlı video da paylaşılmışdı. Qeyd olunurdu ki, Azərbaycan əsgərləri erməni hərbçilərindən mədənin ərazisini tərk etməyi tələb ediblər. "Bura bizim ərazimizdir, rədd olun burdan", - Azərbaycan Ordusunun zabiti deyib. Erməni tərəfini təmsil edənlər məsələni aydınlaşdırmaq üçün vaxt istəyiblər və rus sülhməramlılarına müraciət ediblər. İki saata yaxın davam edən danışıqlardan sonra Azərbaycan Ordusunun əsgərləri sabaha qədər ermənilərə vaxt verib: "Onlar (Azərbaycan əsgərləri - red.) gedərkən deyiblər ki, sabah gələndə sizi burda görməyək. Yoxsa bilirsiniz nə edəcəyik!"