Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39622
az

Hikmət Hacıyev: “Peyk vasitəsilə Ermənistan tərəfindən atılan raketlərin trayektoriyası müəyyənləşdiriləcək”

18:2404 Oktyabr, 2020
327
QARABAĞ
  • A

Azərbaycanın şəhərlərinə edilən atəşlər Ermənistanın öz ərazisindən də həyata keçirilir. Burada Ermənistanın güddüyü bəzi siyasi məqsədlər var.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın şəhələrinə qarşı endirilən raket zərbələri Ermənistanın öz ərazisindən həyata keçirilir:

“Burada xüsusilə iki məntəqəni qeyd etmək lazımdır. Atəşlər Ermənistanın Vardenis və Gorus şəhərləri yaxınlığındakı hərbi bazadan həyata keçirilir. Bu da Ermənistanın Azərbaycana qarşı olan növbəti təcavüzkar siyasətidir. Azərbaycan peyk texnologiyası vasitəsilə raketlərin atılma trayektoriyaları,onların hədəfə yetişmə trayektoriyaları dəqiqləşdiriləcək və bütün beynəlxalq ictimaiyyətə çatdıracaq. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu bütün region üçün təhlükə mənbəyidir”.

O bildirib ki, Ermənistanın məqsədi münaqişənin miqyasını genişləndirmək, yeni siyasi provokasiya əldə etməkdir:

“Onlar başqa bir təşkilatları bu prosesə cəlb etmək üçün provakasiyalara yol verirlər. Biz bunu çox gözəl başa düşürük. Bu məqsədlər onlara lazımı yerlərdə və lazımı anlatrda legitim hərbi hədəflər yönəlməklə cavablar veriləcəkdir. Bu gün onlar xarici medianı toplayaraq guya Xankəndi şəhərində yanğın və partlayışların olması barədə xəbərlər verirlər. Bu növbəti şou və teatr səhnəsidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarabağ" - "Lion" oyununda hesab açıldı -CANLI / YENİLƏNİR
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz   verilə     biləcək
Sumqayıtda 40 yaşlı kişi     kafedə    öldü