Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2429
az

“Azərbaycan ordusu həqiqətən 1-2 yüksəkliyi götürüb” - Ermənistan tərəfi təsdiq etdi

11:3131 May, 2018
2128
QARABAĞ
  • A
 Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin Naxçıvan istiqamətindən keçən hissəsində ordumuzun mövqelərini irəli çəkərək bəzi strateji yüksəklikləri tutması düşmən ölkədə ciddi təlaş yaradıb. Belə ki, ordumuzun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsi Şərur rayonundakı Qızılqaya yüksəkliyini tutmaqla Yerevan-Gorus-Laçın avtomobil yoluna nəzarəti təmin edib. Habelə bəzi digər yüksəkliklər tutulub.

Ermənistan Müdafiə Nazirliyi əhalini Naxçıvan istiqamətində “ciddi bir şey baş vermədiyinə” inandırmağa çalışsa da sosial şəbəkələrdə müzakirələr səngimir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə Azərbaycan ordusu Ermənistanın Tavuş vilayəti istiqamətində də mövqelərini irəli çəkib.


Virtualaz.org xəbər verir ki, hərbi ekspert Arkadi Qriqoryan sosial şəbəkələrdə və KİV-lərdə yayılan məlumatlarla bağlı Naxçıvan istiqamətindəki hakim yüksəkliklərin çoxunun Ermənistan ordusunun nəzarətində olduğunu deyib.

Lakin onun sözlərinə görə Azərbaycan ordusu doğrudan da “1-2 yüksəkliyi götürüb, ancaq bu qüvvələr bölgüsünə təsir etmir. Qriqoryan Azərbaycan ordusunun həmin mövqeləri götürməsinin “bu günlərdə baş verdiyini” bildirib. “Əsas hakim yüksəkliklər Ermənistan silahlı qüvvələrinin nəzarətindədir”-Qriqoryan Müdafiə Nazirliyinin rəsmi mövqeyini müdafiə edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi