Qaynar xətt:

(+99450) 247 90 86

“Xalqın vəkili olduğunuzu sübut edin” - Elyar İslam yazır

“Xalqın vəkili olduğunuzu sübut edin” - Elyar  İslam yazır

QARABAĞ

3120

04.04.2018, 10:24

\"\"  Dünən aprel döyüşləri ilə bağlı Beynəlxalq Muğam Mərkəzində tədbir idi. Tədbir başlamamışdan diqqətimi bir məqam çəkdi. Gənc, hündürboylu, əsgər gödəkçəsi geyinmiş bir xanım şəhid ailələrinin əyləşdiyi sıralara yaxınlaşaraq şəhid anaları, ataları, həyat yoldaşları, uşaqları və yaxınları ilə görüşürdü. Biz yuxarı sıralarda olduğumuzdan və zalda yüzdən artıq şəhid ailəsi olduğundan həmin xanımın bizim yaxınlığımıza çatması 10-15 dəqiqə çəkdi. Yaxınlaşanda həmin xanımın millət vəkili Qənirə Paşayeva olduğunu gördüm. Hər bir şəhid yaxını ilə təkbətək  görüşür, uşaqları qucaqlayır, anaların alnından öpür, şəhid xanımlarının saçlarını sığallayıb əzizləyir, övladlarını soruşub, dərslərini necə oxuduqları ilə maraqlanırdı. Təəccüb içindəydim, çünki ilk dəfə idi xalqın içində, şəhid ailələrinin qeydinə qalan millət vəkili ilə üz-üzəydim. Bizimlə görüşəndən sonra arxa sıraya keçdi. Az sonra himnimiz səsləndi. Məndən arxa sırada hündür və məğrur səslə himn oxuyan xanım səsi eşidildi. Arxaya baxdım, yenə də Qənirə xanım. Şəhid analarını qucaqlayıb himn oxuyurdu. Tədbir başlayandan biraz sonra şəhid analarından birinin halı pisləşdi. Qənirə xanım tez onun yanına getdi, qucaqladı, zaldan çıxarılmasına kömək etdi, ilkin tibbi yardım göstərilməsi üçün əlindən gələni etdi. Şəhid anası xəstəxanaya yerləşdiriləndən sonra zala qayıtdı və çıxışında şəhid analarını baş tacı adlandırdı. Şəhid xanımlarına və övladlarına hər kəsin hər zaman diqqət və qayğı göstərməli olduğunu vurğuladı, televiziyalara, rejissorlara, yazarlara, jurnalistlərə səslənərək şəhidlərin, qazilərin, döyüşçülərin hər birinin haqqında film çəkilməsini, kitablar xatirə yazıları yazılmasının vacibliyini vurğuladı. Tədbirdən sonra hər bir şəhid ailəsi ilə xatirə şəkli çəkdirdi, şəhid ailələri ilə birlikdə çay süfrəsində oturdu. Hər bir ailənin problemi ilə maraqlandı, şikayətləri qeyd etdi. Həmin zaman diqqətimi bir nüans da çəkdi. Qənirə xanım həmin şəhid analarını, şəhid həyat yoldaşlarını adbaad tanıyırdı. Hər kəsə öz adıyla müraciət edir, uşaqların təhsilini soruşur, nəyə ehtiyacları olmalarıyla maraqlanırdı. Bizimlə də xatirə şəkli çəkdirdi. Şəhid Qabil Orucəliyevin anasını bərk-bərk qucaqladı, öpdü, onunla bərabər kövrəlib ağladı. Təskinlik verdi...Qənirə xanım o tədbirdə şəhid ailələrinin ürəklərini fəth etdi, hər kəsin sevgisini qazandı.
Belə bir millət vəkilimizin olmasıyla qürur duydum... Bəzi millət vəkilləri bütün günü şikayətlənib deyirlər ki, bizi söyürlər, hörmət etmirlər. Səbəbsiz yerə söyməzlər... Qənirə xanım kimi olun, xalqın içinə girin, şəhid ailəsinin, qazinin yanında olun, problemləri, şikayətləri ilə maraqlanın. İnsanları qıcıqlandıracaq, əsəbləşdirəcək açıqlamalar verməyin, xalqın xeyrinə qərarlar verərək xalqın vəkili olduğunuzu sübut edin... O zaman xalq Qənirə xanımı sevdiyi, hörmət etdiyi kimi sizi də sevər, hörmət edər. Necə deyərlər, xalqa sevgi verin ki, qarşılığında da sevgi ala biləsiniz...
 Hər kəs əkdiyini biçər... Elyar İslam Oxu24.com
Sabah Azərbaycanda rekord isti gözlənilir - 41 dərəcə 

12:38 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sabah Azərbaycanda rekord isti gözlənilir - 41 dərəcə 

72

0
Oğurluq və soyğunçuluq arasındakı fərq nədir? - Vəkil 500 manatlıq həddi izah etdi  

12:30 / 27 İyul 2026

HÜQUQ HÜQUQ

Oğurluq və soyğunçuluq arasındakı fərq nədir? - Vəkil 500 manatlıq həddi izah etdi  

57

0
DYP-dən hava ilə bağlı xəbərdarlıq  

12:29 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

DYP-dən hava ilə bağlı xəbərdarlıq  

65

0
Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 

12:25 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 

65

0
Bakıda obyekt yanır 

12:21 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda obyekt yanır 

61

0
Şəxsi telefondan və avtomobildən iş üçün istifadə edənlərə ödəniş edilməlidirmi? – EKSPERT AÇIQLAMASI  

12:15 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şəxsi telefondan və avtomobildən iş üçün istifadə edənlərə ödəniş edilməlidirmi? – EKSPERT AÇIQLAMASI  

68

0
Ermənistandakı "Zəngəzur təhlükəsi" bəyanatlarına REAKSİYA: "Prosesin qarşısını ala bilməzlər"  

11:55 / 27 İyul 2026

SİYASƏT SİYASƏT

Ermənistandakı "Zəngəzur təhlükəsi" bəyanatlarına REAKSİYA: "Prosesin qarşısını ala bilməzlər"  

75

0
Bakı çimərliklərində təhlükə iddiası: azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır

11:52 / 27 İyul 2026

KRİMİNAL KRİMİNAL

Bakı çimərliklərində təhlükə iddiası: azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır

70

0
Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR 

11:35 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR 

61

0
Azərbaycanda yeni İnstitut yaradılır: Yerli ekosistemin hansı boşluğu dolacaq? – ÖZƏL  

11:35 / 27 İyul 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Azərbaycanda yeni İnstitut yaradılır: Yerli ekosistemin hansı boşluğu dolacaq? – ÖZƏL  

85

0
Azərbaycan və Pakistan arasında peşə təhsili əməkdaşlığı genişlənir: Əmək bazarının tələblərinə uyğun hansı islahatlar aparılmalıdır? – ÖZƏL  

11:14 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycan və Pakistan arasında peşə təhsili əməkdaşlığı genişlənir: Əmək bazarının tələblərinə uyğun hansı islahatlar aparılmalıdır? – ÖZƏL  

81

0
Dövlətin borcu 7 faiz azalıb 

11:10 / 27 İyul 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Dövlətin borcu 7 faiz azalıb 

67

0