ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib
26 İyun 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
591
05.04.2026, 20:13
OpenAI süni intellekt istifadəçiləri arasında ekstremizm və digər riskli davranışları erkən mərhələdə müəyyən edən yeni “ThroughLine” sistemini təqdim edir. Hazırda sistem istifadəçi sorğularında özünə zərər vermə, məişət zorakılığı və qidalanma pozuntuları kimi siqnalları aşkarlayaraq onları müvafiq dəstək xidmətlərinə yönləndirir. Lakin bu yanaşma bəzi istifadəçi hüquqlarının pozulması və müəyyən risklərin yaranması kimi narahatlıqlara səbəb ola bilər.
Oxu24.com xəbər verir ki məsələ ilə bağlı İT mütəxəssisi Natiq Məmişov Demokrat.az-a bilirib ki, sistem sorğuları təhlil edir və erkən mərhələdə riskli məzmunu aşkar edə bilir:
"Bu, ictimai mövzular, insanın özünə bağlılığı və psixoloji dəstəklərlə əlaqəli ola bilər. Sistem yalnız riskli məzmunu müəyyən edir və istifadəçiyə yardım siyahıları təqdim edir. Analiz zamanı istifadəçilərin məlumatları anonim və aqreqat şəkildə işlənməlidir. İstifadəçi şərtlərində bu barədə məlumat verilməlidir. Məsələn, kredit götürəndə bank istifadəçidən icazə alır. Eyni şəkildə vətəndaş da bilməlidir ki, onun məlumatları analiz ediləcək. Hazırda məlumatlar saxlanılır və cəmiyyət üçün təhlil olunur".
Ekspert deyib ki, bu sistem cəzalandırmaq üçün deyil, yön göstərmək və riskləri aşkar etmək üçün istifadə olunmalıdır:
"İstifadəçi məlumatları təhlükəsiz saxlanmalıdır. Risk kateqoriyasına görə profil yaradılmamalıdır. Analiz nəticələri şəffaf və tənzimlənmiş olmalıdır.
Bəzən psixoloji və emosional vəziyyət, şəxsi düşüncələr və həssas mövzular risk yaradır. Bu, məxfilik və məlumatların qorunması ilə bağlıdır. Yanlış şərtləndirmə riskli kateqoriyalara aid edilməyə səbəb ola bilər.
İstifadəçilər riskli qiymətləndirmələri bilsələr də, sui-istifadə riski yüksəkdir. Dövlətlər və böyük texnologiya şirkətləri bu texnologiyadan geniş nəzarət və monitorinq üçün istifadə edə bilər.
Şəffaflıq mütləqdir. İstifadəçilər analizlərin aparıldığını bilməlidir. Minimal məlumat prinsipi tətbiq olunmalı və yalnız zəruri məlumatlar işlənməlidir. İnsan nəzarəti olmalıdır, kritik qərarlar yalnız avtomatik sistem tərəfindən verilməməlidir.
Anonimləşdirmə təmin edilməli, fərdi identifikasiya mümkün qədər azaldılmalıdır. Sistemlər mütəmadi yoxlanmalı, analiz prosesləri və kateqoriyalaşma şəffaf şəkildə həyata keçirilməlidir".
23:59 / 26 İyun 2026
74
23:44 / 26 İyun 2026
74
23:40 / 26 İyun 2026
91
23:36 / 26 İyun 2026
70
23:28 / 26 İyun 2026
82
23:09 / 26 İyun 2026
80
22:49 / 26 İyun 2026
84
22:05 / 26 İyun 2026
212
21:55 / 26 İyun 2026
105
21:43 / 26 İyun 2026
90
21:33 / 26 İyun 2026
89
21:00 / 26 İyun 2026
101
20:39 / 26 İyun 2026
96
20:30 / 26 İyun 2026
88
19:53 / 26 İyun 2026
104
19:19 / 26 İyun 2026
241
19:11 / 26 İyun 2026
112
18:58 / 26 İyun 2026
114
18:35 / 26 İyun 2026
109
18:29 / 26 İyun 2026
96
18:14 / 26 İyun 2026
101
18:06 / 26 İyun 2026
110
17:57 / 26 İyun 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.