Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20850
az

Beyləqanda RÜSVAYÇI OLAY: Aprel döyüşlərinin qəhrəman polkovnikini kim və necə şərləyib? – AUDİOYAZI

12:3216 Dekabr, 2019
818
QARABAĞ
  • A

Şərlənərək həbs olunan istefada olan polkovnik Qadir Vəlişovun bu gün azadlığa buraxılacağı gözlənilir.

Qarabağ müharibəsi veteranı, polkovnik Qadir Vəlişova qarşı noyabrın 26-da cinayət işi açılıb, 3 gün öncə isə o, Beyləqan rayon Polis Şöbəsi tərəfindən həbs edilib. Onun həbsi ölkədə ciddi rezonans doğurub. Polkovnikin həbsindəki yetərincə şübhəli məqamlar ona qarşı irəli sürülmüş ittihamları ciddi şübhə altına alıb. Bu olayla bağlı əldə olunan bir sıra faktlar isə polkovnik Qadir Vəlişovun şərlənməsi qənaətini gücləndirir.

Bununla belə, Daxili İşlər Nazirliyinin (DİN) polkovnikin həbsinə dair yaşadığı rəsmi məlumatda əks motivlər yer alıb:

“Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Qadir Vəlişov həqiqətən də onların evinə gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək evin pəncərə şüşələrini, məişət əşyalarını sındırmış, İ.Alıyevi və İ. Eminovanı əlindəki çomaqla vuraraq onlara ağır dərəcəli bədən xəsarəti yetirib”.

Lakin məsələni araşdırarkən məlum olur ki, əsəlində, “xəsarət yetirildiyi” bildirilən şəxslər polkovnik Qadir Vəlişovu şərləyiblər.

Əldə etdiyimiz məlumata görə, polkovnikin həbsinə səbəb ona məxsus 13 hektar torpaq sahəsi və böyük ferma üstündə başlayan mübahisədir. Belə ki, həmin əraziyə görə Qadir Vəlişovla onun böyük qardaşı, 81 saylı Beyləqan Dairə Secki Komissiyasının sədri Zakir Vəlişovla bu mülk üstündə aralarında narazılıq olub.

Zakir Vəlişov vəzifə səlahiyyətlərindən istifadə edərək, polkovnik Qadir Vəlişova qarşı təzyiqlərə başlayıb. Əmisi oğlunun dediyinə görə, polkovnik Qadir Vəlişov həbs edilmək təhlükəsini hiss etdiyi üçün noyabrın 21-də prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokror Zakir Qaralova, daxili işlər naziri Vilayət Eyvazova teleqram vuraraq, həyatı üçün təhlükə yarandığı, hər an şərlənərək həbs edilə biləcəyi haqda məlumat verib.

Sözügedən 13 hektarlıq ərazi və ferma 20 ildən çoxdur ki, Vəlişovlara məxsusdur. Orada 200 iribuynuzlu, 1000 başdan çox isə xırdabuynuzlu heyvan saxlanılır. Qadir Vəlişov ordu sıralarından tərxis olunduqdan sonra təsərrüfatla məşğul olmaq istəyib. Ancaq qardaşı ona bildirib ki, sənin burada heç nəyin yoxdur.

Vəlişovlara məxsus təsərrüfatda işləyən iki çoban arasında danışığın səs yazısını əldə etmişik. Həmin səs yazısında Paşa adlı şəxs bildirir ki, 14 ildir, Qadir Vəlişovla dostluq edir. Qadir Vəlişov hərbi xidmətdə olduğu zaman təsərrüfatdakı heyvanları şəxsən onunla birlikdə alıblar və o heyvanların hamısı fermadadır: “Qadirin heyvanlardan başı çıxmadığı üçün heyvanları mənə aldırırdı”.

Çoban özü də etiraf edir ki, Qadirin fermada payı çoxdur. Ancaq ailə üzvləri nədənsə, onun burada heç nəyinin olmadığını iddia edir və onu şərləyirlər.

Çoban bildirir ki, bu işlərin başında Qadir Vəlişovun bacısının əri Azər dayanır. Hətta Azərin onun üstünə silah çəkdiyini, buna görə DİN-nin 102 xidmətinə zəng vuraraq şikayət etdiyini, ondan izahat alındığını da bildirir.

Döyüldüyü iddia olunan çoban isə deyir ki, onu heç kim döyməyib və əsəbi olduğu üçün şikayət verib və ərizəni geri götürəcək. Paşa adlı çoban iddia edib ki, Qadir Vəlişovun həbs olunması üçün aidiyyatı şəxslərə rüşvət verilib:

“Eşitdim ki, Qadirin böyük qardaşı deyir, 60 baş inəyi satıb, polisə, prokurorluğa verəcəm, onu içəri salsınlar”.

Həmin səs yazısını təqdim edirik:

 


Bu məsələdə adı hallanan Qadir Vəlişov kimdir? Polkovnik Vəlişov Qadir Saday oğlu 1986-cı ildə hərbi məktəbi bitirib, Əfqanıstan müharibəsinin iştirakçısı olub. Qarabağ müharibəsinin başladığı ilk günlərdən Silahlı Qüvvələrimizdə xidmət edib, 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanıb,1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb. 15 ilə yaxın müddətdə hərbi hissə komandiri olub.

2016-cı il aprel döyüşlərində Talış istiqamətində snayper və minaatan atəşi nəticəsində ağır yaralanıb, 8 aydan sonra yenidən xidmətə qayıdaraq N saylı Ordu Korpusunda Döyüş hazırlığı şöbəsinin rəisi olub, daha sonra Naxcıvanski adına Hərbi litseyə rəis müavini təyin edilib. 6 ay öncə Silahlı Qüvvələrdən təxris olunduqdan sonra yaşadığı Beylaqan rayonuna qayıdıb. Rayonda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə şərlənərək, Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (Xuliqanlıq) ilə həbs edilib.

Yazı yayıma hazırlandığı zaman redaksiyamıza polkovnikin ailəsindən daxil olan məlumata görə, Qadir Vəlişovun bu gün Beyləqan rayon Prokurorluğunun vəsatəti əsasında azadlığa buraxılacağı gözlənilir.

 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
"Magerramoff" da    həbs     edildi