Azərbaycan XİN Peskova cavab verib
05 Aprel 2026, 20:51
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
649
13.12.2019, 18:23
“Erməni soyqırımı” qətnaməsinə səs verən zehniyyət Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləyə bilməz. Bu tək Amerikaya aid deyil, münaqişənin həlli ilə məşğul olan digər iki həmsədr dövlət - Fransa və Rusiya parlamentləri də keçmiş illərdə eyni “qətnaməyə” səs veriblər”.
Oxu24.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Həmçinin oxuyun
ABŞ Senatında “erməni soyqırımı” qətnaməsinin təsdiq olunmasını şərh edən politoloq bildirib ki, bu, gözlənilən idi: “Bunun iki səbəbi var. Birinci səbəb o idi ki, Nümayəndələr Palatası “erməni soyqırımı” qətnaməsini böyük səs çoxluğu – 405 səslə qəbul etmişdi. “Qətnaməyə” həm demokratlar, həm də respublikaçılar səs vermişdilər, yəni erməni məsələsində bir-biri ilə mübarizə aparan iki partiya konsensus əldə etmişdi. İkincisi, baxmayaraq ki, Senatda respublikaçılar çoxluqdadır, onlar da Türkiyənin Rusiya ilə əməkdaşlığından, S-400 raketlərinin alınmasından narazı idilər. Yəni demokratlar və respublikaçılar erməniləri sevdiklərinə görə məlum “qətnaməni” qəbul etməyiblər. Onların əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi.
“Özləri çalıb, özləri oynayırlar” – sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur. Bu günə qədər onlarla dövlət “erməni soyqırımı” qətnaməsini qəbul edib. Bu, Türkiyənin siyasətinə zərrə qədər də təsir etməyib. ABŞ prezidenti Donald Tramp sənədi imzalaya da bilər, imzalamaya da. Tramp Türkiyə ilə sıx münasibətlərin tərəfdarıdır. Ancaq Türkiyə S-400 raketlərində geri addım atmadığına görə Trampın hansı qərar verəcəyini söyləmək çətindir. Ancaq nə vaxtsa hansısa Amerika prezidenti erməni qətnaməsinə səs verəcək. Amerika bu cür siyasəti ilə Türkiyəni sürətlə itirir. Ərdoğanın yerində Türkiyədə hakimiyyətdə gələcəkdə kim olsa belə, onun dərin yaralar alan Türkiyə-Amerika münasibətlərini yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaldırması çətin olacaq”.
00:54 / 10 Aprel 2026
128
00:39 / 10 Aprel 2026
131
00:14 / 10 Aprel 2026
136
23:55 / 09 Aprel 2026
81
23:39 / 09 Aprel 2026
120
23:18 / 09 Aprel 2026
155
23:11 / 09 Aprel 2026
215
22:58 / 09 Aprel 2026
58
22:44 / 09 Aprel 2026
71
22:34 / 09 Aprel 2026
79
22:19 / 09 Aprel 2026
105
21:56 / 09 Aprel 2026
96
21:46 / 09 Aprel 2026
80
21:29 / 09 Aprel 2026
69
21:09 / 09 Aprel 2026
72
20:58 / 09 Aprel 2026
76
20:36 / 09 Aprel 2026
130
20:14 / 09 Aprel 2026
291
20:00 / 09 Aprel 2026
167
19:59 / 09 Aprel 2026
246
19:44 / 09 Aprel 2026
178
19:30 / 09 Aprel 2026
174
19:16 / 09 Aprel 2026
245
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.