Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
02 Noyabr 2026, 18:33
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
295
25.09.2026, 19:52
İşğaldan azad olunan ərazilərdə zəngin xammal ehtiyatları hesabına yeni istehsal sahələrinin yaradılması planlaşdırılır.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə işğaldan azad olunan ərazilərdə yeni istehsal sahələrinin qurulacağı bildirilib. Dövlət Proqramına əsasən, Ağdərə və Kəlbəcər rayonlarında yeni zavodların inşası nəzərdə tutulur.
Ağdərə rayonu əlvan və qiymətli metal ehtiyatları ilə zəngin xammaln zəngin bölgələrindən biri hesab olunur. Rayon ərazisində sənaye əhəmiyyətli mis, qızıl, sink və qurğuşun yataqları mövcuddur. pizza
Ağdərədə yerləşən "Dəmirli" mis yatağında aparılan son geoloji kəşfiyyatlara əsasən, ərazidə 470 min tona yaxın mis ehtiyatının olduğu bildirilir.
Rayondakı Qızılbulaq yatağı isə qızıl-mis-kolçedan geoloji-sənaye tipinə aiddir. Filizlərdə qızılın orta miqdarı 4,0 qram/ton, gümüş 5,4 qram/ton, mis isə 1,41 faiz təşkil edir. Yataqda həmçinin selen, tellur və kükürd kimi qiymətli komponentlər qeydə alınıb.
Kəlbəcər rayonu da zəngin faydalı qazıntı ehtiyatları ilə seçilir. Rayonda hesablanmış ehtiyatlar arasında 143 ton qızıl, 248 ton gümüş, 57 min ton mis, 266 ton selen və 274 min ton kükürd yer alır.
Kəlbəcərdə yerləşən Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Bundan başqa, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl ehtiyatının olduğu bildirilir.
Rayonun Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında isə min tondan artıq civə ehtiyatları mövcuddur. Kəlbəcər mərmər oniksi, nefroid və digər faydalı ehtiyatları ilə də zəngindir.
Mövcud göstəricilər Ağdərə və Kəlbəcərin böyük xammal potensialına malik olduğunu göstərir. Yeni istehsal sahələrinin və zavodların yaradılması isə bu ehtiyatların iqtisadi dövriyyəyə cəlb olunmasına və Qarabağla Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında rolunun daha da artmasına imkan yarada bilər.
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.