Ermənistanın müdafiə naziri David Tonoyan ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə təslim olan erməni əsgəri ilə bağlı medianın suallarını cavablandırıb. Hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirən Tonoyan, əsgərin psixi baxımdan normal olub-olmaması ilə bağlı qəti bir fikir deyə bilməyəcəyini, bu yöndə konkret məlumata malik olmadığını qeyd edib.
Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Tonoyan təslim olan əsgərin geri qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət etdiklərini də bildirib.
Düşmənin müdafiə nazirinin çıxışında ən çox diqqət çəkən məqam isə onun Azərbaycan mətbuatında təslim olan erməni əsgəri ilə bağlı yer alan məlumatlardan aşkar narahatlıq hissi keçirməsi olub. Yazılanları Azərbaycan tərəfinin informasiya müharibəsi kimi dəyərləndirən Tonoyan, Azərbaycan tərəfindən bunun dayandırılmasını istəyib.
Tonoyanın yalvarış məzmunlu bu açıqlaması son olayın erməni ordusunun imicinə ciddi zərbə vruduğunu, Ermənistan ictimaiyyəti daxilində ordu ilə bağlı ənənəvi narazılığın bir qədər də güclənə biləcəyini göstərir.
Oxu24.com
ŞƏRHLƏR