“Kəlbəcərdə yeni turizm zonası yaradılacaq”
27 Fevral 2026, 19:14
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
140
02.03.2026, 19:09
İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirləri davam edir.
Oxu24.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bildirilib ki, onlardan artıq 8673 şəxsin məşğulluğu təmin olunub, o cümlədən 754 sakin üçün isə özünüməşğulluq proqramı üzrə kiçik bizneslər qurulub. 383 sakin isə işəgötürənlərlə birgə təşkil olunan peşə kurslarına cəlb edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə keçirilən növbəti görüşdə bildirilib.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Minatəmizləmə Agentliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri iştirak edib.
Həmçinin oxuyun
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda icra olunan məşğulluq proqramlarının getdikcə genişləndirildiyini qeyd edib. O, azad edilmiş doğma yurdlarına köçürülən sakinlərdən əmək qabiliyyətli şəxslərin bu proqramlarla əhatə olunduqlarını bildirib. Nazir müavini məşğulluq proqramlarının uğurlu icrasında işəgötürənlərlə fəal əməkdaşlığın önəmini vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması üçün işəgötürənlərlə birgə görülən işlərin nəticələri, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub.




22:48 / 02 Mart 2026
6
22:38 / 02 Mart 2026
21
22:19 / 02 Mart 2026
32
22:06 / 02 Mart 2026
35
21:42 / 02 Mart 2026
52
21:32 / 02 Mart 2026
52
21:19 / 02 Mart 2026
614
21:12 / 02 Mart 2026
832
21:09 / 02 Mart 2026
66
20:54 / 02 Mart 2026
81
20:40 / 02 Mart 2026
60
20:38 / 02 Mart 2026
244
20:33 / 02 Mart 2026
91
20:17 / 02 Mart 2026
1448
20:11 / 02 Mart 2026
178
19:53 / 02 Mart 2026
84
19:43 / 02 Mart 2026
259
19:30 / 02 Mart 2026
1155
19:21 / 02 Mart 2026
97
18:59 / 02 Mart 2026
108
18:50 / 02 Mart 2026
146
18:39 / 02 Mart 2026
184
18:29 / 02 Mart 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.