Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Ordusu Qarabağın 100 kilometrliyində aviasiya zərbə qrupları yerləşdirib

2019-04/1555572379_herbi_telim_014141-690x450.jpg

QARABAĞ

2164

18.04.2019, 11:32

\"\" 
Ermənistan mətbuatı Azərbaycan Ordusu ilə bağlı sensasion fikir yayımlayıb. Oxu24.com xəbər verir ki,erməni KİV-ləri həyəcan içərisində Azərbaycan ordusunun Ermənistana aviasiya zərbələri endirəcəyi halda ölkənin yerlə-yeksan olacağını yayıblar. Oxu24.com erməni dili üzrə mütəxəssis İsmayıl Tanrıverdiyə istinadən  xəbər  verir  ki, Ermənistan mətbuatı  \"Azərbaycan  Hərbi Qüvvələri Qarabağın  100  kilometrliyində - Kürdəmir  ərazisində  Aviasiya  zərbə  qrupları  yerləşdirib\" başlıqlı yazısı ölkədə panikaya səbəb olub.   Ermənistan  mətbuatı  iddia edib ki,  bu  hərbi  Hava  Qüvvələrinə  25-dən  artıq  hərbi qırıcı  təyyarələr və 3 hərbi  helikopterlər  daxildir. Ermənistan  Hərbi  hava qüvvələri isə 200  kilometr  uzaqləqda  olan «EREBUNİ»  aeroportunda  yerləşir  ki, burada  13 ədəd  CУ-25  qırıcı təyyarələr  və  13 ədəd Ми-24 helikopterləri  daxildir. Qeyd olunur  ki, bu  məlumat  rusdilli  bir  saytdan  götürülüb və  göründüyü kimi, Azərbaycanın həm məsafə, həm də hərbi üstünlüyü çox yüksəkdir. Həmin fotoları təqdim edirik: \"\" \"\" \"\"