Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120911
az

İki dost... İki şəhid...

13:3923 Oktyabr, 2024
93
QARABAĞ
  • A

Mirsəfa Mirəşrəfbəyli 1994-cü il iyulun 27-də Cəlilabad rayonunun Badamağac kəndində anadan olub. Mirsəfa Mirəşrəfbəyli 2016-2020-ci illərdə Daxili Qoşunların "Pələng" Xüsusi Təyinatlı Dəstəsində, 2020-ci ildən isə "Şahin" Xüsusi Təyinatlı Dəstəsində xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Mirsəfa Mirəşrəfbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirsəfa Mirəşrəfbəyli oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsəfa Mirəşrəfbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsəfa Mirəşrəfbəyli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mirsəfa Mirəşrəfbəyli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mirsəfa Mirəşrəfbəyli ​​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mirsəfa Mirəşrəfbəyli ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mirsəfa Mirəşrəfbəyli ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi.

II Qarabağ Müharibəsinin ölməz şəhidlərindən biri də Sabir Əbdürrəhmanlıdır. Sabir Faiq oğlu Əbdürrəhmanlı 1998-ci il martın 9-da Sumqayıt şəhərində anadan olub. Hələ uşaqlıqdan qorxmazlığı ilə seçilirdi babasının adını daşıyan Sabir. Vətənə, torpağa, atasının doğulduğu Ağdama bir ayrı sevgisi var idi. Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan əmisi şəhid Famillə həmişə fəxr edirdi. Ən çox da ona bənzəməyə, onun kimi qəhrəman olmağa çalışırdı. İdmanın müxtəlif növləri üzrə məşğul olur, fərqli yarışmalarda daim birincilik qazanırdı.

DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində heyət nəfəri vəzifəsində xidmət edib. Özünə və yaxınlarına söz vermişdi: “Əmim başda olmaqla bütün şəhidlərimizin qisasını alana qədər vuruşacağam”. Vədinə sadiq qaldı...

Çavuş Əbdürrəhmanlı Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəsur döyüşçü yoldaşları ilə birlikdə düşmənin yeddi postunu ələ keçirib, onlarla canlı qüvvəsini məhv edib. O, oktyabrın 8-də Füzulidə şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əbdürrəhmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Həmçinin Cəbrayıl və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaəti nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Sabir ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə də təltif edilib.

Anası Mehparə xanım hələ də oğlunun itkisi ilə barışa bilmir. Onun Sumqayıtdakı Şəhidlər xiyabanında yerləşən məzarını hər gün al-əlvan güllərlə bəzəyir. Oğlunun sevdiyi, tikanları əlini dalasa da, anası üçün qucaq-qucaq yığıb gətirdiyi qızılgüllərlə...

“Sabir güclü idi, qorxmaz idi, mümkün deyil, o, ölə bilməz”, deyib köks ötürür ana...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO
Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi