Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99725
az

"Xarı Bülbül Şuşa" komandasını dağıtmaq istəyən kimdir? — Şahin Bağırovun Federasiyasında qalmaqal

17:4122 Dekabr, 2023
3355
ÖZƏL BÖLÜM
  • A

Dünən Azərbaycan siyasi və idman tarixində mühüm hadisə yaşandı.Azərbaycanın işğaldan azad edilən Xankəndi şəhər stadionunda tarixi  “Qarabağ” –“MOİK” komandaları  arasında  futbol qarşılaşması baş tutdu. 

 

Ölkə rəhbəri, Ali Baş Komandan İlham  Əliyevin   Xankəndi stadionundan birbaşa müraciəti və stadionda  şəhid övladları ilə bərabər  qarşılaşmanı izləməsi günün əsas xəbəri oldu.
 Göründüyü kimi Azərbaycan Dövləti ən yüksək səviyyədə  ölkədə  idmanın inkişafında  dəstəkdir.

 

Amma təəssüflər ki, son günlər  sosial  şəbəkələrdə  və  yerli  mediada  Şuşanın simvolu  olan  Xarı Bülbülün adı  ilə  yaradılan  “Xarı Bülbül  Şuşa” və “Xarı Bülbül  Laçın” voleybol  komandalarının maliyyə çətinliyi ilə  üz-üzə  qalması xəbərləri  yayılır.

 

Klubun əcnəbi  voleybolçuları  ölkə  başçısına  müraciət  edərək  kömək  istəyib.

 

 

 

 

Oxu24.com  xəbər  verir  ki,Məsələ ilə  bağlı  klubun yaradıcısı  İlqar İmamquliyev problemin detalları  ilə  bağlı  sensassiyalı açıqlamalar edib.

 

İlqar İmamquliyev  “Reaksiya” TV-nin efirində  yaranan problemdə  Gənclər  və  İdman Nazirliyini,nazir  Fərid  Qayıbovu,həmçinin nazirliyin  İdman şöbəsinin müdiri  Elnur  Məmmədovu ittiham  edib.

 

İlqar İmamquliyevin sözlərinə görə, Fərid  Qayıbov  nazir  təyin  edilənə  qədər  onunla çox  gözəl  münasibəti  olub. Nazir  təyin edildikdən sonra  Fərid  Qayıbovun onlara  qarşı   münasibəti dəyişib.

 

“Fərid  Qayıbov  nazir təyin olunduqdan  sonra  bizim mesajlara  belə  cavab vermədi.Bu vaxta  kimi  bizim komandanın oyunlarına baxmağa belə  gəlməyib. Bu münasibətin hansı səbəbdən  formalaşdığı  bizə də aydın  deyil”, deyə İlqar  İmamquliyev  bildirib.

 

Veriliş zamanı  daha  bir  qalmaqallı  açıqlama  edilib. İlqar  İmamquliyevin  sözlərinə  görə,onun  təsisçisi  olduğu  “Xarı  Bülbül  Şuşa”  komandasına  maliyyə ayrılmadığı  bir  zamanda  onun  şəxsi  brendi olan “İl Azero” idman brendləri  markasının  işinə  də  süni  əngəllər  yaradılıb.

 

“Biz  bu  zamana qədər  klubumuzu  öz  idman  brendimiz  olan  “İl Azero”nun gəlirləri  və  dostlarımızın dəstəyi  ilə  etmişik. Bu günə kimi  şəxsi  maliyyə  hesabımızdan  voleybol  komandamıza  külli miqdarda maliyyə  yatırmışıq. Bu gün İdman Nazirliyi  bizim yeganə maliyyə mənbəyimizi də kəsməyə  çalışır.İdman komandalarına  bizdən  forma  almamaları ilə dolayısı yolla göstərişlər verilir. Halbiki milli komandalarının  forma  ilə  təmin  edilməsi idman nazirliyinin işi  deyil.Bu işlə Milli Olimpiya Komitəsi məşğul olmalıdır.”,-deyə İlqar  İmamquliyev  bildirib.

 

“Xarı Bülbül  Şuşa”  komandasının  yaradıcısı həmçinin  Voleybol  Federasiyasının Prezidenti  Şahin  Bağırovla  bu ilin mart  ayında  şəxsən  görüşdüyünü  və həmin  şəxs  tərəfindən böyük vədlərə  inandırıldığını  da  bildirib.

 

 

 

“Mövsüm bitməmişdən əvvəl  mən Federasiyanın yeni  Prezidenti  Şahin  Bağırovla  görüşdüm. O, mənə  bildirdi ki, komandanın təşkili və yarışlarda iştirakı  ilə  bağlı  bütün dəstək veriləcək. O,görüşdən sonra  mən də  verilən  vədlərə  uyğun  fəaliyyətə  başladım.Qəfil  bizə  qarşı  durğunluq  yarandı.Verilən  bütün  vədlər  boşa  çıxdı. Bu gün  “Xarı  Bülbül Şuşa” komandası  faktiki  dağılmaq  üzrədir”,-deyə  o  bildirib.

 

Məlumata  görə,  “İl Azero” brendinin loqosu təhrif olunaraq nazirlik tərəfindən verilən idman formalarının  üzərinə   vurularaq təqdim  edilir.

 

Oxu24.com saytının əldə etdiyi  məlumata görə,hazırda Azərbaycanda  mövcud olan  voleybol  komandalarının hamısı  birbaşa,yaxud da dolayısı  yolla  Azərbaycan Voleybol Federasiyası tərəfindən maliyyə yardımı alır. Tək "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" komandaları bu yardımdan məhrub edilir. Belə bir  məqamda  ortaya maraqlı sual  çıxır. Şuşa komandasına düşmən kəsilən kimdir?

 

Məlumat üçün  qeyd  edək ki,aşağıdakı komandalar maddi dəstəklə təmin olunur.

1.Azərreyl qadın
2.Azərreyl kişi
3. Murov kişi
4. Murov qadın
5. Gəncə qadın
6. Milli Aviasiya Akademiyası
 qadın
7. Moik kişi (qismən)
8. Unec qadın (qismən)
9. Abşeron qadın ( federasiyanın idarə heyətinin üzvü sponsorluq edir)

 

Daha ətraflı  video məlumatı təqdim  edirik:

 

 

 

Oxu24.com iddialarla bağlı  qarşı tərəflərin də mövqeyini işıqlandırmağa hazırdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə müjdə: maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ