Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
7521
04.12.2023, 10:59
Azərbaycanın Şuşa şəhərinin şərəfinə yaradılmış "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" voleybol komandalarının sponsor tapılmaması səbəbindən dağılma təhlükəsi qarşısında qaldığı barədə məlumat vermişdik.
Oxu24.com xəbər verir ki, ölkədə voleybola marağın artdığı bir vaxtda "Xarı Bülbül Şuşa" komandasına ögey münasibət müəyyən sualllara səbəb olub.
Məlumat üçün qeyd edək ki, Voleybol Federasiyası bu ilin mart ayından etibarən Dövlət Gömrük Komitəsinin nəzarətinə verilib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçilib.Sözügedən qurumun tabeliyinə keçdikdən sonra Azərbaycan voleybolunun problemlərinin bitəcəyi düşünüldüyü vaxtda xoşa gəlməz hal yaşanır.
Saytın mənbələrdən əldə etdiyi məlumata görə,Azərbaycanda fəaliyyət göstərən digər voleybol klublarına Dövlət Gömrük Komitəsi tərəfindən maliyyə ayrılsa da,"Xarı Bülbül Şuşa" komandası sponsorsuz qalıb. Belə bir yanaşmanın olması müəyyən şübhələrə səbəb olub.
Mövzu ilə bağlı CBC Sportun "ƏLAVƏ VAXT" verilişində qonaq olan "Xarı Bülbül"ün rəhbəri İlqar İmamquliyev, "Xarı Bülbül Şuşa"nın baş məşqçisi Ziya Rəcəbov problemin detallarını açıqlayıb.
Məlum olub ki, cəmiyyətdə xeyriyyəçi kimi tanınan Hacı Nuran 2023-cü ilin iyul ayından etibarən klubun prezidenti təyin edilib.Tərəflər arasında baş vermiş anlaşmaya əsasən Hacı Nuran komandaya sponsorlar gətirəcəyi vədini verib. Lakin bir neçə ay keçdikdən sonra vədlərin boşa çıxdığını görən klub rəhbərləri ilə Hacı Nuran arasında narazılıqlar yaşanıb.Bundan sonra Hacı Nuran klubun prezidenti vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, "Xarı Bülbül Şuşa" komandası hazırda sponsorsuz qaldığı üçün oyunçular və heyyət bir neçə aydır ki,maaşsız qalıb. Bu isə klubun dağılmasına gətirib çıxaracaq səbəb olacaq.
Oxu24.com mövzu ilə bağlı Hacı Nuranın və Dövlət Gömrük Komitəsinin də mövqeyini təqdim edəcək.
Müəllif: Miri Məcidli
00:17 / 26 Sentyabr 2026
51
00:09 / 26 Sentyabr 2026
54
23:58 / 25 Sentyabr 2026
48
23:54 / 25 Sentyabr 2026
61
23:51 / 25 Sentyabr 2026
63
23:48 / 25 Sentyabr 2026
57
23:36 / 25 Sentyabr 2026
67
23:30 / 25 Sentyabr 2026
53
23:21 / 25 Sentyabr 2026
53
23:17 / 25 Sentyabr 2026
62
23:08 / 25 Sentyabr 2026
59
23:05 / 25 Sentyabr 2026
53
23:02 / 25 Sentyabr 2026
51
22:57 / 25 Sentyabr 2026
52
22:47 / 25 Sentyabr 2026
69
22:46 / 25 Sentyabr 2026
57
22:40 / 25 Sentyabr 2026
213
22:36 / 25 Sentyabr 2026
55
22:24 / 25 Sentyabr 2026
286
22:19 / 25 Sentyabr 2026
67
22:10 / 25 Sentyabr 2026
163
22:07 / 25 Sentyabr 2026
60
21:47 / 25 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.