Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
4041
11.04.2022, 21:45
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağın Ağdərə rayonundakı erməni silahlıları 13 postdan sıxışdırılaraq çıxarılıb.
Oxu24.com xəbər verir ki,Bu barədə Caliber.az saytının hazırladığı video sujetdə deyilir. Bildirilir ki, son aylar ərzində Ağdərə istiqamətində yalnız bir məntəqədən separatçılar 2020-ci ilin noyabrında tələsik tikdikləri 13 postdan sıxışdırılaraq çıxarılıblar.
Vəziyyəti şərh edən hərbi müxbir qeyd edir ki, son vaxtlara qədər erməni terrorçularının nəzarətində olan mövqelər hazırda Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və separatçılar bir neçə kilometr geri çəkilərək Rusiya sülhməramlılarının arxasında gizləniblər.
Məsələ ilə bağlı APA TV-nin suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev bildirib ki, erməni silahlılarının Azərbaycana qarşı təxribatları bitmək bilmir və Rusiya sülhməramlıları üzərilərinə düşən vəzifələri icra etmirlər. O əlavə edib ki, həm Ağdərə, həm də Ağdərə istiqamətində ordumuzun fəaliyyətini Rusiya sülhməramlılarının erməni silahlılarını himayə etməsinə, onları ərazidən çıxarmamasına qarşı adekvat cavab kimi dəyərləndirmək olar: “Birgə bəyanatın imzalanmasının üzərindən 17 ay keçməsinə baxmayaraq, bugünkü günə qədər Rusiya sülhməramlıları ərazilərimizdən bir dənə də olsun erməni silahlısının və ya erməni texnikasının çıxarılmasına dair vizual faktları təqdim etməyib. Bu barədə heç quruca bəyanat da yoxdur. Bəyanatın müddəti 5 ildir. Bu müddət ərzindən erməni silahlıları çıxarılmayıbsa, bundan sonra da onların çıxarılacağını ehtimal edə bilmirik. Buna görə də artıq ordumuz erməni silahlılarının Qarabağdan çıxarılması əməliyyatlarına başlamağa məcbur olub. Əfsuslar olsun ki, sülhməramlılar üzərlərinə düşən vəzifələri icra etmirlər, özlərindən erməni silahlılarının xilaskarı obrazını yaratmaqla məşğuldurlar”.
Hərbi ekspert onu da əlavə edib ki, proseslər bu istiqamətdə davam edərsə, sülhməramlılar erməni silahlılarının zərərsizləşdirilməsinə və Azərbaycan əsgərlərinin yeni mövqelərdə yerləşməsinə seyr etməkdə davam edəcəklər.
18:54 / 31 Oktyabr 2026
20
18:25 / 31 Oktyabr 2026
64
17:00 / 31 Oktyabr 2026
201
16:58 / 31 Oktyabr 2026
1065
16:52 / 31 Oktyabr 2026
94
16:50 / 31 Oktyabr 2026
101
16:45 / 31 Oktyabr 2026
159
16:22 / 31 Oktyabr 2026
732
16:06 / 31 Oktyabr 2026
505
16:02 / 31 Oktyabr 2026
395
15:52 / 31 Oktyabr 2026
132
15:40 / 31 Oktyabr 2026
101
15:38 / 31 Oktyabr 2026
223
15:36 / 31 Oktyabr 2026
95
15:27 / 31 Oktyabr 2026
903
13:49 / 31 Oktyabr 2026
171
13:37 / 31 Oktyabr 2026
1245
13:35 / 31 Oktyabr 2026
158
13:00 / 31 Oktyabr 2026
229
12:52 / 31 Oktyabr 2026
496
12:42 / 31 Oktyabr 2026
9138
12:28 / 31 Oktyabr 2026
149
12:23 / 31 Oktyabr 2026
1685
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.