Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67110
az

SON DƏQİQƏ! Ukraynada müharibə böyüyür: Bu ölkə Rusiyaya 40 min döyüşçü göndərir

21:3718 Mart, 2022
1778
ÖZƏL BÖLÜM
  • A

Rusiya Ukraynaya qarşı müharibə üçün Suriyada fəal şəkildə muzdluları cəlb edib.

Oxu24.com  xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb. Suriyanın Xmeymim aviabazasının komandanlığı hər gün Ukraynaya 300-ə qədər yaraqlı göndərmək barədə fərman verib. Martın 15-də muzdluların ilk partiyası Rusiyaya yola düşüb. Hazırda kəşfiyyat 150-yə yaxın suriyalının göndərildiyini bilir. Kəşfiyyat məlumatlarına görə, silah, hərbi texnika və digər resurslar tezliklə Suriyadan Belarus və Rusiyaya ötürüləcək. 

Müxtəlif KİV-lərdə yayılan məlumatlara görə, Suriya prezidenti Bəşər Əsəd Rusiya tərəfinə 40 min döyüşçü ilə dəstək verəcəyinə söz verib.

2 ölkə arasında vəziyyətin daha da gərginləşməsi fonunda NATO ölkələrindən də müharibə çağırışları səslənməkdədir. Həm Rusiya, həm də Ukrayna ilə aktiv danışıqlar aparan Fransa prezidenti Makron da ölkəsinin müharibəyə hazırlaşmalı olduğunu deyib. Onun bu barədə fikri yerli “Liberation" nəşrində dərc olunub. 

Sitat: "Fransa yüksək intensivlikli müharibəyə hazır olmalıdır. Fransa kosmosda və kiberməkanda yeni növ münaqişələr qarşısında çevik olmalıdır. Ehtiyatda olan əsgərlərin, polis və jandarma qüvvələrinin sayı iki dəfə artırılıb.” Sitatın sonu

Makron bununla yanaşı, seçki kampaniyası zamanı Fransanın 2025-ci il müdafiə büdcəsinin 50 milyard avro olacağını bildirib. Hazırda məbləğ 40 milyard avro civarındadır.

İsrailin “Axios” nəşri də müharibə arealının genişlənəcəyi barədə məqalə dərc edib. Nəşr qeyd edib ki, Ağ Ev administrasiyası İran İslam İnqilabı Keşikçiləri Korpusunu ABŞ-da terrorçu kimi tanınan təşkilatlar siyahısından çıxarmaq imkanını nəzərdən keçirir. Nəşr ABŞ-ın bu addımı Suriya və İranı Rusiyaya aktiv dəstəkdən uzaqlaşdırmaq üçün atdığını yazır.

“Axios” öz mənbələrinə istinadən yazır ki, Ağ Evin ABŞ və onun regiondakı müttəfiqlərinə zərbə endirməmək üçün İrandan konkret öhdəliklər tələb etməməsi İsraili narahat edir. Vurğulanır ki, SEPAH-ın terror təşkilatları siyahısından çıxarılması yalnız mümkün qərar kimi qiymətləndirilir və hələlik qəbul olunmayıb. Bu hal baş verərsə, regionda yeni aktiv qarşıdurma qaçılmazdır. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi