Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1604
10.03.2022, 23:06
Ukraynada, Kiyev ətrafında bu gün səhər saatlarında Rusiya ordusunun iri zirehli texnika kalonu pusquya düşüb və ciddi itkilər verib. O cümlədən tank polkunun komandiri öldürülüb.
Oxu24.com xəbər verir ki, ukraynalı hərbi jurnalist Andrey Sapliyenko özünün Telegram-kanalında həmin zərbələrin pilotsuz aparatdan çəkilmiş videokadrlarını paylaşıb. Bundan əlavə, döyüşdən dərhal sonra Ukrayna xüsusi xidmət orqanları Rusiya hərbçiləri arasında radiodanışıqları qeydə alıblar və həmin danışıqlarda polk komandirinin öldürüldüyü, çoxsaylı itkilərin olduğu bildirilir.
Kadrlara əsasən çoxsaylı zirehli texnikadan və tanklardan ibarət kalona Kiyev vilayətinin Brovar rayonunda, şose yolda şiddətli zərbələr endirilir. “Altıncı polk demək olar ki, itirildi. Hələlik məruzə edə bilmərəm, informasiyaları toplayıram. Olduqca çox itki var. Bizi gözləyirdilər, kalonun qabağı pusquya düşdü. Polk komandiri həlak oldu, qalanlarını araşdırıram. Oradan artilleriya, tanklar vururdu. Pilotsuz təyyarələr, başa düşdüyüm qədər “Bayraktar”lar uçur. Qalan itkilər barədə indi araşdırıram”, - rusiyalı hərbçilərdən biri digərinə məruzə edir.
Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti isə bildirir ki, Brovar rayonunda döyüşlər zamanı Rusiyanın Mərkəz hərbi dairəsinin 90-cı tank diviziyasının 6-cı tank polku 239-cu batalyon-taktiki qruplaşması ilə birlikdə şəxsi heyət və texnika sarıdan əhəmiyyətli itkilər verib. Döyüşlər zamanı polk komandiri, polkovnik A.Zaxarov da məhv edilib. Nəticədə həmin qüvvələrin qalıqları geri çəkilməli olub və müdafiə mövqeyi tutub.
Polkovnik A.Zaxarov 2016-cı ildə mayor rütbəsində olarkən Vladimir Putindən orden alıb. Digər ukraynalı hərbi jurnalist Yuri Butusov isə məlumat verib ki, şimal istiqamətində Ukrayna ordusu Rusiyanın tank kalonuna zərbələr endirib. Bir neçə texnika sıradan çıxarılıb, bir T-72 tankı saz vəziyyətdə qənimət götürülüb.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.