Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59389
az

Azərbaycan Tehrana xəbərdarlığını edib - Cavabları veriləcək...

22:3908 Oktyabr, 2021
1249
ÖZƏL BÖLÜM
  • A
"Azərbaycanın qarşısına maşa olaraq çıxarılmış Ermənistan Respublikası, o cümlədən onun havadarları bir çox hallarda Azərbaycana qarşı təbliğat və təxribat işləri ilə məşğul olublar. Amma Azərbaycan müstəqilliyindən bəri öz mövqeyində prinsipial qalıb, prinsipiallığını da nümayiş etdirir." Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib. Polkovnik bildirib ki, heç bir dövlətin bizə qarşı təhdidləri cavabsız qalmayacaq: "Ali Baş Komandan İlham Əliyev daim öz prinsipial mövqeyini nümayiş etdirərək torpaqlarımızın azad olunacağını dedi və həyata keçirdi. Bu gün bizimlə həmsərhəd dövlətlərin öz ərazilərində və bizimlə sərhədlərə yaxın məkanlarda müxtəlif təlimlər keçirməsi və s. fəaliyyətlər icra etməsi Azərbaycan dövlətçiliyinə, Azərbaycan dövlətinin siyasətinə heç bir şəkildə təsir göstərə bilməz. Bir addım da irəli atılarsa, gərəkli cavabı birmənalı olaraq alacaqlar. Azərbaycan bu gün regionda sözünü demiş dövlətlərdən biridir. Bunu 44 günlük müharibə zamanı da, müharibədən sonra da göstərdi. Artıq dünyada sözünü demiş Türkiyə, Pakistan kimi dövlətlərlə əməkdaşlıq və üçtərəfli təlimlər həyata keçiririk. Eyni zamanda sabah bu təlimlər istər Azərbaycan ərazisində, istərsə də dünyanın dörd bir tərəfində artıq təkcə bu dövlətlərlə deyil, müxtəlif digər dövlətlərlə bərabər daha geniş miqyasda da keçirilə bilər. Bu gün bizimlə həmsərhəd dövlətin müəyyən hərbi təlimlər keçməsi bizi təbii ki, qətiyyən narahat etməməlidir, etmir də. Çünki Azərbaycan regionda və dünyada sözünü demiş və deyən dövlətlərlə əməkdaşlıq edən bir dövlətdir. Bu cür əməllər bizim siyasətimizə heç bir təsir də göstərə bilməz. Prezidentimiz də bunu dəfələrlə ifadə edir, gərəkli yerlərdə öz etirazını da bildirib və diplomatik olaraq öz ismarıclarımızı da bildirməkdəyik. Mövcud vəziyyətdə bizim edəcəyimiz bir şey var. Necə ki, 44 günlük müharibədə torpaqlarımızı azad etmişik, bundan sonra da silahlı qüvvələrimiz, o cümlədən Azərbaycan ordusu, Azərbaycan Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti kimi qurumlarımızın daha da qabiliyyətlərini artırmaq adına inkişaf etdirmək, yolumuzdan çəkilməmək və qoyulmuş siyasi xətt üzrə gərəkli tədbirlərimizi görməliyik. Bu gün bölgədə Azərbaycanın siyasi və iqtisadi bir qovşaq nöqtəsində olması səbəbiylə tarixən də daim risklər yaşamışıq və bu gün də o risklər öz mövculuğunu qorumaqdadır. Bu cür risklər keçmişdən bu günə analiz edilməlidir və edilir. Buna qarşı da gərəkli addımlar atılmalıdır. Azərbaycanın məhz bu günki dövlətçiliyi düzgün aparılan siyasət nəticəsində 200 ildə ilk dəfə torpaqlarımızı işğaldan azad etmiş bir dövlət olaraq dünyaya öz səsimizi çatdıra bildik. Bundan sonra da regionda daha sözünü deyən dövlətlərdən biri halına gəlmək, daha da güclənmək üçün hər cür tədbirlər görüləcəkdir. Heç bir dövlətin bizə qarşı təhdidləri cavabsız qalmayacaqdır və bu təhdidlər heç bir məna kəsb etməməkdədir". Təhməz Əsədov Milli.Az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu