Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2209
07.10.2021, 21:29
İran İslam Respublikasının Ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ölkədən qaçması ilə bağlı xəbərlər gündəmi zəbt edib. Bu fakt Ocaq Necatın Azərbaycandakı fəaliyyətinə bir daha nəzər yetirməyin vacibliyini ortaya qoyur.
İlk növbədə nəzərəçarpan odur ki, Ocaq Necatın fəaliyyəti nə diplomatik münasibətdə, nə də dövlətlərarası əməkdaşlıq sahələrində görünürdü. Ocaq Necat diplomatik pasporta və müəyyən toxunulmazlığa malik olsa da, diplomat sayılmırdı. Belə ki, İranın xarici nümayəndəliklərində səfirliklərlə yanaşı, həm də mədəniyyət mərkəzləri var və Azərbaycandakı mərkəzin rəhbəri Ocaq Necat idi.
Ocaq Necat Xameneyinin Azərbaycandakı nümayəndəsidir, başqa sözlə, rəhbərliyin başçılıq etdiyi ofisin Bakıdakı adamıdır. Türkiyədə, Rusiyada və digər ölkələrdə Xameneyinin nümayəndəsi yoxdur. Azərbaycan tərəfi İrandakı dini-ideoloji siyasətə və Xameneyiyə hörmət etdiyindən burada onun nümayəndəliyini yaratmışdı. O, 20 ildən artıqdır burada fəaliyyət göstərməsinə baxmayaraq, bu dövrdə dini təbliğat əvəzinə Azərbaycana qarşı müxtəlif səpkili əməlləri ilə seçilib. Bir sözlə, bu nümayəndəlik vasitəsilə Azərbaycanda İran hakimiyyətinin dövlət strukturunun kiçildilmiş forması mövcud idi.
Azərbaycan tərəfi davamlı olaraq İran din xadimlərinin ölkədə fəaliyyət göstərməsinə şərait yaradıb və buna hörmətlə yanaşıb. Bunun da əsası Konstitusiyaya uyğun olaraq Azərbaycan hökumətinin və xalqının vicdan azadlığına hörmətlə yanaşmasıdır. Başqa sözlə, Azərbaycanda bir çox dini təriqətlərin nümayəndələri də azad şəkildə fəaliyyət göstərirlər. Təbii ki, bu, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə xələl gətirməyəcəyi təqdirdə mümkündür. Ocaq Necat isə dini təbliğat yerinə Azərbaycanı hədələməklə məşğul olub. Ayətullahın Ərdəbildəki nümayəndəsinin Azərbaycana qarşı iftiraları nədirsə, Ocaq Necatın da fəaliyyəti ondan ibarətdir. Əvvəllər də Azərbaycan rəhbərliyinə qarşı hədələr ediblər. Vaxtilə hətta millət vəkili Sabir Rüstəmxanlının qətlinə fərman verməyə cəhd göstəriblər. İranın Azərbaycandakı fəaliyyəti həm də cəmiyyətimizin bölünüb parçalanmasına yönəlmişdi.
Azərbaycan cəmiyyəti dini cəhətdən tolerantdır və burada bəlli dinlər fəaliyyət göstərir. Ancaq Ocaq Necata bağlı şəxslər burada təriqətlərarası nifaq toxumu səpməyə çalışıblar. İranın mədəniyyət mərkəzi, yaxud Şəhriyar mədəniyyət mərkəzi Ocaq Necatın nəzarəti altında olub. Bu ad altında da pozuculuq fəaliyyəti ilə məşğul olublar. İranın səhər kanalının Bakıda fəaliyyəti və bu televiziyanın Azərbaycan türkcəsində yayılan verilişlərini misal çəkmək bəs edir ki, Ocaq Necatın əməllərinin nədən ibarət olduğu aydın şəkildə görünsün.
Qısası, Ocaq Necat Azərbaycandakı fəaliyyəti ilə İran üçün beşinci kolon yaradıb. O, Azərbaycanın müxtəlif rayonlarından gənclərin qanunsuz olaraq Qum şəhərinə aparılmasını və onların İran ideologiyasına, siyasi baxışlarına uyğun formalaşmasını təşkil edib. Bununla da Azərbaycanda beşinci kolonun yaranmasına, eləcə də İslam İnqilabı Doktrinasının transformasiyasına şərait yaradıb.
Bir sözlə, Azərbaycanın İrana və onun buradakı nümayəndəsi Ocaq Necata göstərdiyi hörmət müqabilində bu cür nankor cavab verilməsi nə dinə, nə də qonşuluğa sığmır.
16:41 / 10 Noyabr 2026
25
16:35 / 10 Noyabr 2026
43
16:21 / 10 Noyabr 2026
78
16:12 / 10 Noyabr 2026
122
15:58 / 10 Noyabr 2026
81
15:44 / 10 Noyabr 2026
170
15:34 / 10 Noyabr 2026
256
15:31 / 10 Noyabr 2026
81
15:25 / 10 Noyabr 2026
116
15:22 / 10 Noyabr 2026
99
14:58 / 10 Noyabr 2026
2292
14:55 / 10 Noyabr 2026
386
14:48 / 10 Noyabr 2026
382
14:23 / 10 Noyabr 2026
480
14:20 / 10 Noyabr 2026
868
14:09 / 10 Noyabr 2026
213
14:00 / 10 Noyabr 2026
889
13:44 / 10 Noyabr 2026
136
13:38 / 10 Noyabr 2026
390
13:26 / 10 Noyabr 2026
1749
13:24 / 10 Noyabr 2026
153
13:20 / 10 Noyabr 2026
353
13:05 / 10 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.