Qaynar xətt:

(+99450) 247 90 86

İrandan Azərbaycanla bağlı şok açıqlama: Tehran hədə-qorxu gəldi

İrandan Azərbaycanla bağlı şok açıqlama: Tehran hədə-qorxu gəldi

ÖZƏL BÖLÜM

2666

19.09.2021, 19:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran dini lideri ayətullah Xameneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycanı hədələyib.

Oxu24.com  yerli mətbuata istinadla xəbər verir ki, ayətullah Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirib. O, Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Şir deyəndə ayətullah Amili İranı nəzərdə tutub.
İranın narahatlığı o həddə çatıb ki, Azərbaycana əzələ nümayiş etdirmək istəyir. Bu məqsədlə də SEPAH qüvvələri Arazın o tayında hərbi təlim keçirməyə hazırlaşır.

Qeyd edək ki, Azərbaycanının Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi qurması  və iranlı sürücülərin Xankəndiyə qanunsuz yük daşımalarının qarşısının alınması cənub qonşumuzda hiddətlə qarşılaınb.